Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Bu gün Rusiya Krımı təkcə işğal etməyib”

15.05.17, 11:43
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dilavər Əzimli: “Oranın tarixini də təhrif edir”

“Tarix boyu Krım türkləri Azərbaycanla bağlı olub. Ən qədim zamanlardan Oğuz yurdu olan Krımda yunanların skiflər adalnadırdığı türklər yaşayıb. Krım türkləri tarixin bütün mərhələsində öz sözünü deyib. Ruslarda onlara qarşı daimi nifrət olub. Çünki onlar Krım türklərinə qulluq edib, onların nökərləri olublar. Krım xaqanlığı dəfələrlə Moskva üzərinə yürüş edərək, onları cəzalandırıblar”. Bu fikirləri Bütöv Azərbaycan Ocaqları (BAO) başqanının ideologiya məsələləri üzrə müavini, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tanınmış tarixçi-pedaqoq Dilavər Əzimli səsləndirib. Onun sözlərinə görə, bu da səbəbsiz deyildi: “Çünki ruslar daima xəyanət edirdilər. Bu gün Rusiya oranı təkcə işğal etməyib. Oranın tarixini də təhrif edir. Öz dərsliklərində elə göstərirlər ki, guya Krım türkləri moğollar zamanından burada yurd salıblar. Əslində, bu işğala haqq qazandırmaqdır. Krım moğolların oralara gəlməsinə qədər türk yurdu olmuşdur. Ermənilər kimi başqa torpaqları işğal edib özünə vətən düzəldən Rusiya Krıma qarşı bu gün də işğalçlıq siyasəti aparır.
Keşmiş SSRİ-də repressiyaya məruz qalan və acınacaqlı həyat yaşayan türklər sırasına Krım türkləri də daxildir. Krım türklərinə qarşı aparılan genosid ümumtürk dünyasına qarşı aparılan genosidin tərkib hissəsidir. 1944-cü ilin mayın 18-də onları ana yurdlarından didərgin saldılar. SSRİ rəhbərliyi bu köçürməni ən vəhşi üsullarla həyata keçirdi. Nə qədər yaşlı insanlar, uşaqlar tələf edildi. Bu, əsl soyqırım idi. Bu gün də Rusiya həmin siyasəti həyata keçirir. Krım türklərinin məktəbləri bağlanır və onlar əridilir, ruslaşdırılır. Hesab edirik ki, bu məsələ Azərbaycanın daima gündəmində olmalıdır. 1944-cü il mayın 18-də baş verənlərlə bağlı tədbirlər həyata keçirilməlidir. Televiziya və radiolarda bunun mahiyyəti açıqlanmalıdır. Hesab edirik ki, bu gün Rusiya işğalında yaşayan Krım türkləri üçün bundan böyük hədiyyə ola bilməz. Onlar da bundan qürur hissi keçirərlər. Biz bunu etməyə məhkumuq”.

Bu xəbər oxundu
- - -