Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Daha 88 əmlak özəlləşdirilməyə çıxarılır

15.05.17, 13:12
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iyunun 13-də yeni hərrac keçiriləcək. Komitədən verilən məlumata görə, hərraca ümumilikdə 88 əmlak çıxarılıb. Bunlardan 20-si səhmdar cəmiyyət, 40-ı kiçik dövlət müəssisə və obyekti, 28-i istifadəsiz qeyri-yaşayış sahəsidir. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye və digər sahələrə aiddir. Bu əmlaklardan bəziləri paytaxtın Xəzər, Sabunçu, Səbail rayonlarında, qalanları isə Qazax, Tovuz, Gəncə, Şəmkir, Masallı və digər bölgəlrədə yerləşir. Kiçik dövlət müəssisələrinin əksəriyyəti torpaq sahəsi ilə birgə özəlləşdirilməyə çıxarılıb. Hərracda yüksək start qiyməti ilə seçilən əmlak İmişli rayonunda yerləşən “Yardımçı Təsərrüfat”dır. Adı çəkilən əmlak 450 min manata təklif olunur. Bu əmlakın ümumi faydalı sahəsi 533 kv.m, torpaq sahəsi isə 190 min kv.m-ə yaxındır. Bundan başqa “Şəmkir yun tədarükü məntəqəsi” də torpaq sahəsi və ilkin start qiymətinə görə fərqlənir. Beləki, 63 min kv.m-ə yaxın olan əmlakın ilkin start qiyməti 350 min manatdır.
İstifadəsiz qeyri-yaşayış sahələrinin isə 23-ü Bakıda, 1- i Kürdəmirdə, 3-ü Gəncədə, 1-i Ağstafada yerləşir. Bu kateqoriyaya aid edilən əmlakların ümumi faydalı sahəsi 17 kv.m-lə 242 kv.m arasında dəyişir. Bu dəfəki hərraca çıxarılan səhmdar cəmiyyətləri sənaye, aqrar, nəqliyyat, məişət, inşaat, istehsal, təmir və s. sahələrə aiddir. Hərraca çıxarılan iri müəssisələr sırasında “Azinterservis”, “Oğuz Kəndkimya”, “Kürdəmir Quşçuluq”, “Tərtər Konserv” kimi müəssisələr var.

Bu xəbər oxundu
- - -