Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Artıq erməni xalqı qorxuya düşüb”

17.05.17, 11:29
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Mübariz Əhmədoğlu: “Erməni ordusunda nizam-intizam yoxdur”

“Artıq erməni xalqı qorxuya düşüb. Onlar nə qədər hay-küylü bəyanat verirsə, deməli qorxurlar”. Bunu politoloq Mübariz Əhmədoğlu dünən keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, erməni ordusunda nizam-intizam yoxdur. Politoloqun sözlərinə görə, Ermənistan ordusuna müdafiə naziri qədər bələd olan və Dağlıq Qarabağda müharibə zamanı kəşfiyyatçı olmuş Vova Vartanov Ermənistanın Azərbaycana düşmən münasibətdə olan İŞİD-lə əməkdaşlıq etməli olduğunu deyib. Politoloq həmçinin Rusiya-Ermənistan Birləşmiş Qoşun Qrupunun komandanı, general-mayor Andranik Makaryan RF-in prezidenti və ali baş komandanı V.Putinin ona əmr edə bilməyəcəyi ilə bağlı fikrini şərh edib.
O bildirib ki, Markaryan həm erməni, həm də general olduğu üçün özünü Putindən üstün tutur. M. Əhmədoğlunun sözlərinə görə, Ermənistan Rusiyadan narazıdır və Rusiyaya zərbə vurmaq üçün bəhanə axtarır: “Eləcə də Ermənistan müstəqil dövlət deyil”. Politoloq qeyd edib ki, Ermənistan Qərbin sözü ilə Rusiyaya qarşı təxribat hazırlaya bilər. Əgər Ermənistan Türkiyə və ya Naxçıvana atəş açarsa, bu Suriyada Rusiyanın mövqeyinə təsir edəcək.
Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvindən danışan ekspert “yumşaq dildə desək bu Rusiyanın Azərbaycana mesajıdır”,- deyə vurğulayıb. O bildirib ki, bu mesaj neqativ yüklüdür. Politoloq bunu erməni təxribatı kimi qiymətləndirib: “Ermənilər Rusiya rəsmilərini ələ alıb elə iş görürlər ki, Rusiya-Azərbaycan münasibətləri zəifləyir". Politoloq hesab edir ki, iki dövlət arasında münasibətlərin zəifləməsi Şimali Qafqazda sabitliyə təsir göstərə bilər. M. Əhmədoğlu deyib ki, Rusiya Ədliyyə Nazirliyi xarici təşkilat haqqında qərar verəndə XİN-lə əlaqə saxlayır. Politoloqun fikrincə, XİN rəhbəri Sergey Lavrovun erməni olması faktını nəzərə almaq lazımdır. M. Əhmədoğlu qeyd edib ki, ÜAK-la bağlı deyilir ki, niyə "ümumrusiya" sözündən istifadə edilir? Bu sözün "Rusiya erməniləri"ndə olduğu kimi "Rusiya azərbaycanlıları" ilə əvəz olunmalı olduğunu bildirirlər. Politoloq əlavə edib ki, halbuki rus dilində ümumrusiya sözü çox işlənilir. M. Əhmədoğlu xatırladıb ki, Ümummilli liderin hakimiyyəti dövründə Rusiya-Azərbaycan münasibətləri gərgin olub, Rusiya Azərbaycanı blokadaya salıb. Lakin ümummilli lider həmişə Rusiyanı əməkdaşlığa dəvət edib. O əlavə edib ki, Rusiyanın hazırda MDB-də normal münasibətdə olduğu dövlət yoxdur: “Hətta Rusiyanın Ermənistanla münasibətlərinin yaxşı olduğunu desələr də, Ermənistanın bir günü Rusiyanın qapazı olmadan keçmir". Politoloq vurğulayıb ki, Qırğızıstan, Tacikistanla da münasibətlər gərgindir. Politoloq bildirib ki, Rusiya başa düşməlidir ki, Azərbaycan diasporuna qarşı bu addımı atmaqla erməniləri ruhlandırır: “9 mayda Qarabağ seperatçı rejiminin bayrağının qaldırılması böyük vətən müharibəsi tarixinin saxtalaşdırılmasıdır". O həmçinin deyib ki, ÜAK-ın bağlanması nə dünyanın, nə də Rusiya-Azərbaycan münasibətlərinin sonu deyil, hələ hüquqi prosedur üçün bir ay da vaxt var: "Çalışmalıyıq ki, vəziyyəti xeyrimizə dəyişək".

Bu xəbər oxundu
- - -