Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Vizasız rejimə keçə bilərik”

17.05.17, 15:13
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Mahmud Məmmədquliyev: "Əgər iradlar olmasa Aİ ilə vizanın aradan qaldırılması ilə bağlı danışıqlara başlayacağıq"

"Biz Avropa İttifaqı ilə vizaların sadələşdirilməsi və readmissiya sənədini 1-2 il əvvəl imzalamışıq. Hazırda bu sənədin icrası monitorinq altındadır".
Bunu “Report”un Şərqi Avropa bürosuna müsahibəsində Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
O bildirib ki, yaxın vaxtlarda tərəflərin iştirakı ilə Rəhbər Komitənin üçüncü görüşü keçiriləcək. Nazir müavininin sözlərinə görə, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında vizalarla bağlı məsələlərin necə həyata keçirilməsi müzakirə olunacaq.
Mahmud Məmmədquliyev hesab edir ki, bəzi məsələlər var və onları aradan qaldırmaq lazımdır: "Mən istəyərdim ki, üçüncü görüşdən sonra bütün bu məsələlər həllini tapsın və artıq Azərbaycanla Avropa İttifaqı tərəfindən qarşılıqlı iradlar olmasın. Əgər iradlar olmasa biz vizanın aradan qaldırılması ilə bağlı dialoqa, danışıqlara başlayacağıq. Danışıqlar onların hazırlayacaqları fəaliyyət planının icrası ilə bağlı olacaq. Biz həmin fəaliyyət planını icra edəndən sonra vizanı tam aradan qaldıra və vizasız rejimə keçə bilərik. Bu mütləq olacaq, amma müəyyən vaxt lazımdır”.

Bu xəbər oxundu
- - -