Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Niderlandla Azərbaycanın birgə iqtisadi fəaliyyəti nümunə ola bilər”

17.05.17, 15:14
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan prezidenti İlham Əliyev Niderland Krallığı Senatının sabiq sədri, Azərbaycanın Niderlandlı Dostları Qrupunun rəhbəri Rene Van der Lindeni qəbul edib.
Rene Van der Linden Niderland Krallığı ilə Azərbaycan arasında həyata keçirilən birgə iqtisadi fəaliyyətin Azərbaycanın dünyada təqdim olunması işinə töhfə verdiyini vurğulayıb və bunun Niderlandın yerləşdiyi regionda digər ölkələr üçün də səmərəli əməkdaşlığın bir nümunəsi ola biləcəyini deyib.
Prezident İlham Əliyev xoş sözlərə görə minnətdarlığını bildirərək qeyd edib ki, Rene Van der Lindenin əməkdaşlığımızın möhkəmləndirilməsi istiqamətində səyləri ikitərəfli münasibətlərimizin inkişafında mühüm rol oynayır. Azərbaycan-Niderland əlaqələrinin genişləndirilməsi üçün qarşılıqlı marağın olduğunu bildirən dövlət başçısı ölkələrimiz arasında müxtəlif səviyyəli səfərlərin önəmini qeyd edib.

Prezident İlham Əliyev Niderland Krallığının Azərbaycanın mühüm layihələrində daha çox şirkətinin iştirakını məmnunluqla qeyd edib. Dövlət başçısı Niderland Krallığının Bakıda keçirilən Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisində ənənəvi olaraq fəal iştirak etdiyini deyib, kənd təsərrüfatı sahəsində əməkdaşlığın yaxşı perspektivlərinin olduğunu bildirib.
Prezident İlham Əliyev Azərbaycanın ixracat potensialı genişləndiyini bildirib.
Dövlət başçısı qeyd edib ki, son 4 ayda ölkəmizin qeyri-neft ixracı 22 faiz artıb.
Söhbət zamanı təhsil, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Niderland Krallığı Senatının sabiq sədri, Azərbaycanın Niderlandlı Dostları Qrupunun rəhbəri Rene Van der Linden xatirə hədiyyəsini dövlətimizin başçısına təqdim edib.

Bu xəbər oxundu
- - -