Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bavariya-Azərbaycan biznes forumu keçiriləcək

18.05.17, 12:56
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bavariya əyalətinin İqtisadiyyat, Mediya, Energetika və Texnologiyalar üzrə Nazirliyinin Dövlət katibi Frans Yozef Pşirerin rəhbərliyi altında Bavariya əyalətindən olan müəssisələrin nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri münasibətilə biznes forum keçiriləcək. Alman-Azərbaycan Xarici Ticarət Palatasından Trend-ə verilən məlumata görə, palata tərəfindən 31 mayda "Fairmont" hotelində ikitərəfli danışıqların keçiriləcəyi Bavariya-Azərbaycan Biznes Forumu təşkil edəilcək. Forum Bavariya Dövlət rəsmilərinin və Bavariya vilayətindən olan müəssisələrin Azərbaycana səfəri ilə əlaqədar olaraq “Bavariya Beynəlxalq İqtisadi Əlaqələr Birliyi” ilə əməkdaşlıq çərçivəsində təşkil edilir.
Tədbirin rəsmi açılış mərasimindən və şirkətlərin təqdimatından sonra Almaniya və Azərbaycan müəssisələri arasında tikinti inşaat, şəhərsalma, maşınqayırma və avadanlıq, avtomobil sənayesi, informasiya və kommunikasiya texnologiyaları, ətraf mühit texnologiyaları, peşə təhsili, tibbi xidmət, istehlak malları, turizm sahələrini təmsil edən şirkətlərlə ikitərəfli görüşlər təşkil olunacaq. Tədbirdə iştirak ödənişsizdir. Tədbir İngilis dilində keçiriləcək və Azərbaycan dilinə sinxron tərcümə olunacaqdır. Qeydiyyat üçün son tarix 22 may 2017-ci ildir. Bavariya - Azərbaycan Biznes Forumuna qeydiyyatdan keçmək üçün: http://www.ahk-baku.de/en/events/bavaria-azerbaijan-business-forum/ linkinə daxil olmağınız xahiş olunur.

Bu xəbər oxundu
- - -