Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Minsk qrupunun fəaliyyəti sıfra bərabərdir”

19.05.17, 10:37
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Tural Əliyev: “Başqa formata ehtiyac var”

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi dalana dirənib. Ermənistan qeyri-konstruktiv mövqe sərgiləyir. Bununla yanaşı cəbhədə mütəmadi olaraq təxribatlar törətməklə status kvonu saxlamağa səy göstərir. Bütün bu və digər məsələlərlə bağlı “Xalq Cəbhəsi”nin suallarını politoloq Tural Əliyev cavablandırdı.

-1994-cü ilin may ayın 12-də bağlanmış atəşkəs müqaviləsindən bu günümüzə qədər ermənilər dəfələrlə təxribata əl atıblar. Təbii ki, təxribatın arxasında çirkin siyasət dayanır. Zənnimcə, bu, qisas üçün edilən təxribatlardı. Çünki, 2016-ci ilin aprel döyüşlərindən sonra ermənilər bu vəziyyətlə barışmaq istəmirlər. 22 illik atəşkəs dövründə ara-sıra toqquşmalar olmuşdu, biz tərəfdən də şəhidlər olmuşdu, erməni tərəfdən də həlak olan az deyildi. Ancaq aprel döyüşləri miqyasına görə daha böyük idi. Həmçinin Azərbaycan tərəfi özunə məxsus torpaqların bir hissəsin işğaldan azad etdi. Bu tarixi qələbədən sonra erməni tərəfi özünə xas səviyyədə sivil insanlara güllə atmaqda görürlər. Cəbhəboyu yaşayış mənqələrini atəşə tutmalarını özləri də etiraf etmiş və hətta video görüntüləri mətbuat vasitəsi ilə yayımlamışdılar. Bunun səbəbi də aydın idi, Azərbaycan ordusunun bu günlərdə ermənilərə məxsus raket sisteminin məhv etməsindən sonra erməni cəmiyyətinə mesaj verdilər ki, narahat olmayın erməni ordusu vəziyyətə tam nəzarət edir. Dediyim kimi, dinc və günahsız insanları hədəfə almaq ermənilərə xas xüsusiyyətlərdi.

-Rusiya-Ermənistan Birləşmiş Qoşun Qrupunun komandanı Andranik Makaryan Rusiya prezidenti və ali baş komandanı Vladimir Putinin ona əmr edə bilməyəcəyini bildirib. Həqiqətənmi belədir, yaxud Markaryan bununla nə demək istəyir?

-Heç kimə sirr deyil ki, Ermənistan Rusiyanın regionda forpost dövlətidir. Makaryanın bu bəyanatının arxasında iki məqam ola bilər:
Birincisi, Makaryan bununla demək istəyib ki, Ermənistan tam müstəqildir, öz sərhədlərini qorumaq gücündədir və əzmindədir. Hətta o, əminliklə deyib ki, Putin belə bir əmr verə bilməz. Ancaq gülünc bir bəyanatdır, çünki Ermənistan-Rusiya birgə qoşun qruplaşmasına komandan təyin edilən zaman Ermənistan silahlı qüvvələrinin ali baş komnadanı Rusiya ali baş komandanı ilə birgə razılaşdırılır.
İkincisi, ola bilər ki, Rusiyanın siyasi dailərindən gələn sifariş nəticəsində belə bir əminliklə bəyanat verə bilər. Zaman-zaman belə bəyanatların şahidi olmuşuq. Rusiyanın Ermənistana silah-sursatı peşkəş şəklində verməsini də yaxşı xatırlayırıq.

-Azərbaycan erməni təxribatlarına hansı formada cavab verməlidir?

-Azərbaycan tərəfi dəfələrlə beynəlxaq səviyyədə bəyan edib ki, Azərbaycan işğal siyasəti ilə barışmayacaq, ikinci erməni dövlətinin tarixi torpaqlarımızda yaradılmasına imkan verməyəcək. Məhşur deyimdə deyildiyi kimi “sülh istəyirsənsə müharibəyə hazır ol!” Azərbaycan müharibəni heç vaxt istisna etməyib. Ordu quruculuğundan tutmuş psixoloji hazırlığa qədər inkişaf etməkdədir. Təxribata dərhal cavab verməlidir. Beynəlxalq hüquq normaları da Azərbaycanın tərəfindədir .Ərazisi işğal olunmuş dövlət güc yolu ilə öz ərazi bütovlüyünü bərpa edə bilər. BMT-nin Nizamnaməsində də əks olunub. Güclü və inkişaf etmiş dövlətlərin timsalında da bunu görmüşük. Bir qarış torpağı itirməmək üçün minlərlə insanın həyatına son qoymuş bəzi dövlətlər, hətta birbaşa sərhədləri olmayan ərazilərini güzəştə getməyən dövlətlər bu gün bizdən hansısa kompramisə getməyə çağırırlar. Sülhdən bol-bol və ağız dolusu danışırlar. Bu dünyanın bügünkü acı reallığıdır. Beynəlxalq hüquqlar işlək qabiləyyətini itirib. Açıq etiraf etmək lazımdır ki, dünya güclüsənsə haqlısan prinsipi ilə hərəkət edir. Ona görə bu reallıqları nəzərə alaraq, hərbi potenisalımızı artırırıq, zabit kadrlarının praktik, nəzəri və psixoloji cəhətdən hazırlığını yüksəltmək üçün xarici ölkələrə göndərərik. Əsasən də bizə dost və qardaş ölkələr olan, NATO-nun üzvü olan Türkiyə və Pakistanla əməkdaşlıq edirik. Bütün yuxarıda sadalananları nəzərə alıb, təkcə cavab verməklə deyil, daha irəli getməliyik. Azərbaycan hazırda nəinki hərbi cəhətdən, psixoloji cəhətdən də ermənidən üstün mövqedədir. Bu pafosla deyilən söz deyil. Aprel döyüşləri bunu sübut etdi. Açıq etiraf etməliyik ki, bütün dünya zənn edirdi ki, ermənilər belə Azərbaycan xalqı artıq unudub. Sadə dillə desək, məğlubiyyətlə barışıb, gənc nəsil isə ümumiyyətlə, Qarabağı istəmir. Tam tərs proseslə qarşılaşdılar. Erməni havadarlar dərhal əl-ayağa düşdülər, tələm-tələsik bəyanatlar, açıqlamalar verdilər. Vətən üçün canlarından keçmiş, qəhrəmancasına adlarını tarixə yazdırmış şəhidlərimizi xalq birlikdə dəfn etdi. Bu, dünyaya mesaj idi.

-Rusiyanın Ermənistana dəfələrlə yardım etməsinin, hərbi-siyasi dəstək verməsinin şahidi olmuşuq. Belə olan halda Moskvanın ımünaqişənin həlli ilə bağlı mövqeyi necə dəyərləndirilməlidir?

-SSRİ-nin dağılması ərəfəsində Dağlıq Qarabağda vəziyyət gərginləşdi və nəticədə alovlu müharibə ilə sonunclandı. O zamanki, SSRİ rəhbərliyinin ermənilərə siyasi və hərbi dəstəyi Azərbaycanın torpaqlarının bir hissəsinin işğalına gətirib çıxardı. Bu yaxın tarix olduğuna görə hər kəs bunu çox yaxşı bilir. Niyə bu nüansa toxundum? Sualınıza belə cavab verərdim. Rusiya SSRİ-nin varisi olan dövlətdir. Avtomatik olaraq, həmin vaxt regionda baş verən münaqişələrdə həm də cavabdeh olan dövlət idi. 80-ci illərdə Dağlıq Qarabağda etnik təmizləməyə rəvac verməsəydilər Azərbaycan xalqı o iztirablara məruz qalmazdı, ərazilərinin bir hissəsin itirməzdi. Rusiya ATƏT-Minsk qrupunun həmsədr dövlətidir, nəinki regionda, dünyada supergüc dövlətlərdən biridir. Tarix boyu Rusiyanın Qafqaz siyasəti dəyişilməz qalıb. Rusiyanın regiona təsir imkanları böyükdür, bunu da inkar etmək olmaz. Azərbaycan-Rusiya münasibətləri Rusiya prezidenti olmuş Boris Yeltsinin dövrü ilə müqayisə olunmaz səviyyədə müsbətə doğru dəyişdi. Qarşılıqlı əlaqələr inkişaf etdi, bütün sferalar üzrə əməkdaşlıq körpüləri quruldu. Bu məsələnin bir tərəfi, ancaq yuxarıda qeyd etdiyim kimi, Rusiyanın Ermənistana hərbi-texiniki cəhətdən təchiz etdiyini də bilirik, mətbuatda da bu barədə çox yazılıb. Sual oluna bilər ki biz də silah alırıq. Biz öz pulumuzla alırıq, ermənilər isə pulsuz. Fərq bundadır. Rusiyanın Ermənistana bu jestini necə başa düşmək olar? Yuxarıda qeyd etdiyim kimi, Ermənistan Çar Rusiyası dövründən regionda forpost rolunu oynayır. Rusiya çalışır ki, heç bir tərəfə üstünlük verməsin, verilmiş bəyanatlarda regionda sülhün qorunmasından bəhs edilir. Ancaq Rusiyanın Ermənistana ötürdüyü silahlar və bu tipli mövqeyi heç bir məntiqə sığmır. Rusiyanın münaqişənin həllində rolu çox önəmlidir. Yəni təsiredici imkanları çoxdur. Hüquqi və beynəlxalq münasibətlər baxımından da biz haqlı tərəfik. Demək, Rusiyanın bu addımı ədalətli ola bilməz. Azərbaycan tərəfi Rusiyaya bu hadisələr vaxtı rəsmi notalar da verib. Biz sülh istəyirik, ədalətli sülh istəyərik. Həmsədr dövlət kimi, Rusiyadan da istəyimiz budur. BMT-nin 4 məlum qətnaməsi var. Həmçinin Rusiya özü Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Biz dünyadan beynəlxalq hüquqa hörmət istəyərik.

-ATƏT-in Minsk qrupu demək olar ki, heç bir fəaliyyət göstərmir. Belə olan halda bu qurumun qalmasının əhəmiyyəti varmı?

-ATƏT-in Minsk qrupu münaqişənin həll edilməsində yaxından iştirak etməsi üçün yaradılmışdı. Ara-sıra təkliflərlə çıxış etdilər. Nəsə etmiş kimi özlərini göstərdilər. Nəticə göz qabağndadır. Minsk qrupunun mənfi cəhətlərindən biri odur ki, işğalçı ilə işğala məruz qalan dövlətə fərq qoymadılar. Konflikti həll edən zaman bu nüansa fikir vermək lazımdır. İkincisi tarixi bilmək lazımdır. Minsk qrupunun ən böyük səyi yalnız “nə olursa olsun atəşkəs olsun” prinsipidir. Güllə atılan kimi dərhal quru bəyanatlar başlanır. Vəssəlam. 25 illik fəaliyyət bundan ibarət olub. Belə bir qurumun fəaliyyəti sıfra bərabərdirsə, mövcud olmasa daha yaxşıdır. Ya da başqa formata ehtiyac var. Düşünürəm,yeni formatda təkcə bu üçlük yox, başqa dövlətlər də olmalıdır. Danışıqlar prosesində Türkiyənin iştirakı mütləq vacibdir.

-Göründüyü kimi danışıqlar prosesi hələ ki, nəticəsizdir. Belə olan təqdirdə yaxın perspektivdə müharibə ehtimalı varmı?

-İstisna deyil. Necə ki, 22 illik atəşkəsdən sonra gözləmidiyimiz halda aprel döyüşləri baş verdisə, demək hər an döyüşlər təkrarlana bilər. Əslində beynəlxalq analitik mərkəzlər aprel döyüşlərindən qabaq cəbhə bölgəsində toqquşmaların olacağını qeyd edirdilər. Ermənistan tərəfi yaxşı anlayır ki, Azərbaycanın təkcə aldığı silahlar deyil, hərbi-sənaye kompleksinin yaratması və inkişaf etdirməsilə Azərbaycanın niyyəti, məqsədi nədir. Bütün islahatlar gec-tez status-kvonun dəyişəcəyinə gətirib çıxardacaq. Zənnimcə, qarşı tərəf çox itki verdikcə erməni cəmiyyətində narazılıqlar yaradacaq. Biz bunu aprel döyüşlərində gördük. Onsuz da erməni xalqı da yaxşı anlayır ki, bu torpaqlar heç vaxt onların olmayacaq. Nəyə görə məsələni hərbi əməliyyatlardan daha çox psixoloji duruma çəkdim? Mənim qənaətim budur ki, cəbhəboyu üstünlüyə malik olduqca, strateji yüksəklikləri ələ keçirtdikcə qarşı tərəfdə ruh düşkünlüyu yaradacaq...

Əli

Bu xəbər oxundu
- - -