Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Rusiya araşdırması ölkəmizə “zərər yetirir””

19.05.17, 12:41
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Prezident Donald Tramp, Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı təhqiqatın rəhbəri vəzifəsinə keçmiş FTB direktorunun xüsusi prokuror təyin edilməsini şərh edib.
"Baş verənlər ölkəmizə dəhşətli zərər yetirir", - Donald Tramp deyib.
Prezident seçkilərinə müdaxiləsi iddiaları ilə bağlı istintaq Federal Təhqiqatlar Bürosunun sabiq direktoru Robert Muellerə tapşırılıb.
ABŞ Prezidenti Donald Tramp bunu tənqid edib: "Bu, Amerika tarixində ən böyük əcinnə ovudur", o cümə axşamı günü tvitləyib.
Bundan bir gün öncə isə o bildirmişdi ki, məsələnin tezliklə sonlanmasını səbirsizliklə gözləyir.
Ədliyyə nazirinin yardımçısı Rod Rosenstein istintaqın kənardan birinə tapşırılmasının "dövlətinin xeyrinə" olduğunu deyib.
Prezident Donald Tramp FTB-nin direktoru Ceyms Komeyi vəzifəsindən çıxardıqdan sonra müstəqil bir prokurorun təyin olunması istiqamətində çağırışlar artmışdı.
Təyinat qərarı həm Respublikaçı, həm də Demokrat siyasətçilər tərəfindən müsbət qarşılanıb.
FTB istintaqı Trampın kampaniya dəstəyilə Rusiya arasında mümkün əlaqələrin araşdırılmasını ehtiva edir.
BBC-nin Vaşinqtondakı müxbiri Antoni Zurcher deyir ki, "Rusiya məsələsi indi yeni və daha ciddi bir mərhələyə girir".
Zurcher, Muellerin Vaşinqtonda yaxşı bir etibarı olduğunu vurğulayıb.
BBC müxbiri deyir ki, Mueller texniki olaraq Ədliyyə Nazirliyinə tabe olacaq və Trampa da məlumat verəcək, amma onun varlığı Tramp tərəfindən həzm edilməsi çətin biridir.
Çünki müstəqil prokurorlar tez-tez gözlənilməz nəticələr ortaya qoyur.

Bu xəbər oxundu
- - -