Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Bir ay təknəfərlik məhbəsdə saxlanıldım”

06.06.17, 13:59
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycanlı fəal Əzimi Qədim saxlandığı müddətdə Teleqram kanalından sui-sitifadə edildiyinə dair açıqlama yayıb

Azərbaycanlı milli-mədəni fəal, dini xadim Höccətul-İslam Əbduləziz Əzimi Qədim saxlandığı müddətdə Teleqram kanalından sui-sitifadə edildiyinə dair müraciət yayıb.
Əbduləziz Əzimi Qədim mayın 23-də 4.5 ay müddətinə saxlandıqdan sonra 400 milyon tümənlik mülki vəsiqə qarşılığında Tehranın Evin zindanından müvəqqəti azadlığa buraxılıb.
Fəalın yaydığı müraciətdə bildirilir: “Mən yaxalandıqdan sonra bir ay müddətinə təknəfərlik məhbəsdə saxlanıldım. Bundan sonra təxminən 2 ay müddətində həftədə bir dəfə müstənqitin gözü qarşısında ailəmlə telefon əlaqəsi saxlayırdım. Nə qədər bədgüman olsam da, daha profil və Teleqram kanalımdan bu şəkildə sui-istifadə ediləcəyini düşünmürdüm.
Hələ də təəssüf hissi keçirirəm ki, ən yaxşı halda “əmanətə xəyanət” deyə biləcəyim əməl mənim saxlandığımdan və “Aqillik, Təhlil və Əməl” kanalının adminləri kənarlaşdırıldıqdan sonra ən iddialı insanlar tərəfindən sui-istifadəyə məruz qalıb.
Ən təəssüfedici hal isə odur ki, biz azadlığa buraxıldıqdan sonra kanalın tək bir fəal admını kimi mənim profilimin ləğv edilməsinə baxmayaraq yenə də bu kanalda uşaq hərəkətini xatırladan və utancverici mətləblər yayılır.
Mən yenə də gərginlik yaratmamağa çalışdım və bu barədə məhkəməyə müraciət etdim, hakim isə problemin həll edilməsinə söz verdi.
Bir neçə gün sonra yenə də kanalda başqalarına qarşı təhqiramiz yazıların yayıldığını gördüm. Ona görə də məsələyə ümumi bir şəkildə işarə etməli oldum.
Həmçinin bildirməliyəm ki, cənab Əli Baqiri məndən bir neçə dəqiqə sonra saxlanıldı və həbsxananın 209-cu korpusunun təknəfərlik məhbəsinə aparıldı. Ona görə də, müəyyən səbəblərə görə Əli Baqiriyə şübhələnən bəzi kanal izləyiciləri bilməlidir ki, o heç vaxt bu kanalda admin kimi fəaliyyət göstərməyib. Və onun bütün mətləbləri əvvəllər mən və Baqiri tərəfindən kanala qoyulub.
Mən yenə də müəyyən məsələlərə görə təfərrüata keçmək istəmirəm. Lakin bunun mənası o deyil ki, bəziləri bizim gözümüz qarşısında bütün əxlaqi dəyərləri ayaq altına alaraq hazırda bizim nəzarətimizdən çıxan kanalda etikadan kənar və dini dəyərlərə zidd mətləb yaysınlar, Bu qəbuledilməzdir”- deyə azərbaycanlı fəal iyunun 4-də yaydığı açıqlamada qeyd edib.
Xatırladaq ki, din xadimi ilə birlikdə yaxalanan azərbaycanlı fəal Ə.Baqiri martın 12-də 200 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.
Hər iki fəal 2017-ci il yanvarın 7-də Ə.Baqirinin Tehrandakı evində mülki geyimli məmurlar tərəfindən yaxalanaraq Evin zindanına aparılmışdır.
Adını çəkdiyimiz azərbaycanlı milli-mədəni fəal bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

Bu xəbər oxundu
- - -