Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Seçki nəticələrində Zəncan və Həmədan Azərbaycandan ayrı düşdülər”

09.06.17, 13:11
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İran prezident seçkilərinin müxtəlif bölgələrdəki nəticələrini dəyərləndirən Musa Aşüftə İran Azərbaycanının üç sərhəd vilayətində açıqlanan nəticələr ilə türklərin yaşadığı digər bölgələrdəki nəticələrin fərqləndiyinə diqqət çəkir. Tehrandan Amerikanın Səsinə danışan fəalın fikrincə, “Azərbaycanda gedən kimlik hərəkatından biraz qıraqda qalan və milli mücadilədə üzərində yetərincə çalışılmayan” türklər son seçkilərdə fərqli bir mövqe sərgiləyiblər.
Musa Aşüftənin sözlərinə görə, 2009 və 2013-cü illərin seçkilərinə görə, son seçkilərdə toplumun dərin istək və ehtiyacları daha az gündəmdə oldu. Bu seçkilər keçmişdəki seçkilərdə olduğu qədər ictimai hərəkatların fəaliyyət sahəsinə çevrilmədi. O cümlədən, milli hərəkatlar, qadın hərəkatı və ya demokratiya hərəkatları. Seçkilər ümumiyyətlə sistem içində olan şəxslərin və təfəkkürlərin rəqabətinə çevrildi.”
Mən türk aktivistlərin çalışmalarını keçən dönəmlərə görə daha az gördüm. Bunun bir səbəbi onların passivliyi ola bilər. Bir də ümumiyyətlə, ictimai hərəkatlar seçkilərə çox isti yanaşmadılar.
Aşüftə bu dönəm seçki kampaniyalarında türklərin tələblərinin gənclər və tələbələr tərəfindən gündəmə gətirildiyini önə çəkir. “Mən aydınlar və aktivistlər tərəfindən sistemli bir çalışma və müəyyən bir strategiya görmədim,” deyə o bildirir.
Musa Aşüftə Şərqi və Qərbi Azərbaycan vilayətləri, habelə Ərdəbildə səslərin çoxunun Həsən Ruhaniyə getdiyinə, türklərin yaşadığı Zəncan, Həmədan və Mərkəzi kimi digər vilayətlərdə isə muhafizəkar namizəd İbrahim Rəisinin daha çox səs aldığına diqqət çəkir: “Seçimlərin legitimliyi məsələsi bir kənarda qalsın. Amma nəticələrin analizində çox önəmli xüsuslar var. Bunlardan biri, qeyri-fars bölgələrin səsidir. Mən iki faktı aydın şəkildə gördüm. Birinci və ən önəmli fakt budur ki, müəyyən bir kimlik təməlində bir inteqrasiyanın təşkil olduğu bölgələrdə Həsən Ruhani səs gətirdi. Misal üçün türk kimliyinin daha qabarıq olduğu və bu kimliyin simvolu sayılan Azərbaycanın üç vilayəti Həsən Ruhaniyə səs verdi... Amma türklərin səsinin analizi sadəcə bu üç vilayətə məhdudlaşmır”.
O, türklərin əksəriyyətdə olduğu Zəncan və Həmədan kimi vilayətlərdə ən çox səsin İbrahim Rəisiyə verildiyini belə şərh edir: “Muhafizəkarlar bu dövr yoxsul bölgələrin səsi üstündə hesab açdılar. Bununla, yoxsulluq dərəcəsinin yüksək olduğu və eyni zamanda müəyyən bir etnik kimliyin siyasi nüfuza sahib olmadığı bölgələr İbrahim Rəisiyə səs verdi... Bunlar yoxsul olan və kimlik baxımından çox qabarıq bir etnik özəlliyə sahib olmayan bölgələrdir...”
Azərbaycanda gedən kimlik hərəkatından bir az kənarda qalan Həmədan, Mərkəzi və Qum vilayətlərində Rəisinin səsi çoxdur. Həmişə islahatçılara səs verən Zəncan da bu dəfə üç vilayətdən ayrı düşüb və Rəisiyə səs verib.

Bu xəbər oxundu
- - -