Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Təbrizdə özəlləşdirməyə etiraz təhdidlə qarşılandı

09.06.17, 13:13
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İran Özəlləşdirmə Təşkilatının rəisi Mir Əli Əşrəf Abdullapuri Hüseyni Təbriz Maşınqayırma Zavodunun özəl sektora buraxılmasını tənqid edənləri məhkəməyə şikayət etməklə təhdid edib.
O Təbriz millət vəkilləri və zavod işçilərinin etirazlarına işarə edərək bildirib ki, “əgər bu barədə hökumətin və ya Özəlləşdirmə Təşkilatının qərarını şübhə altına alsalar, məhkəməyə şikayət edəcəm.”
“Təbriz Maşınqayırma Zavodu 2 il öncə İran Polad Əməklilik Müəssisəsinə təhvil verilib, artıq dövlətin deyil. Millət vəkilləri isə zavodun Şesta Şirkətinə ötürülməsi ilə bağlı prezidentə məktubla müraciət ediblər. Onlar özləri də bilir ki, sənaye müəssisəsi dövlət borcuna görə bir dəfə hərhansı müəssisə vəya özəl sektora buraxılırsa, artıq bunu ikinci dəfə etmək mümkün deyil”- deyə Mir Əli Əşrəf Abdullapuri Hüseyni “Nəsr”in müxbiri ilə danışıqda bildirib.
İran Özəlləşdirmə Təşkilatının rəisi işçilər, millət vəkilləri və kütləvi informasiya vasitələrinin bu barədə həssaslığını yersiz adlandıraraq əlavə edib ki, “Təbriz Maşınqayırma Zavodu bir qeyri-hökumət müəssisəsinə ötürülüb. Bu müəssisə öz sərmayəsini satmaya da bilər, sata da bilər, həm də özünün istədiyinə.”
Təbriz Maşınqayırma zavodu iflas etmiş İran Polad Əməklilik Müəssisəsinə ötürüldüyü zaman, Əmək Koalisiyasının Təbriz şöbəsinin katibi bu məsələyə öz etirazını bildirmişdir.
Təbrizin millət vəkilləri də ölkə prezidenti Həsən Ruhaniyə məktub yazaraq zavodun özəlləşdirməsinə qarşı olduqlarını elan ediblər. Onlar Maşınqayırma zavodunun Şesta Şirkətinə buraxılmasını istəyiblər.
Təbriz Maşınqayırma Zavodu Azərbaycanın çox önəmli sənaye müəssisələrindən biridir, zavod son illərdə dövlətin yalnış siyasətləri nəticəsində bir çox problemlə üz-üzə qalıb: “Özəlləşdirmə Təşkilatı, İran Polad Əməklilik Müəssisəsi tərəfindən zavodu iki fiziki şəxsə ötürüb”.

Bu xəbər oxundu
- - -