Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Türkiyə Qətərə ordu göndərir

09.06.17, 15:03
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rəcəb Tayyib Ərdoğan Qətər ilə hərbi əməkdaşlığı nəzərdə tutan iki qanunu təsdiqləyib

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Qətər ilə hərbi əməkdaşlığı nəzərdə tutan iki qanunu təsdiqləyib.
Dövlət rəhbərliyinin mövzuya dair açıqlamasında bildirilib ki, həmin qanunlar iki ölkə arasında qəbul edilən “Jandarm Təlim və Təhsilinə dair Əməkdaşlıq” və “Qətər ərazilərində Türk əsgərlərinin yerləşdirilməsi” sazişlərindən ibarətdir.
Təsdiqlənən qanunlar çərçivəsində 5 mindən artıq Türk əsgəri Qətərdə yerləşdiriləcək.
İki ölkə bu çərçivədə;
- Daxili təhlükəsizlik təhsili, qaçaqmalçılıq və mütəşəkkil cinayətlərlə mübarizədə təlim, ictimai hadisələrə müdaxilə təlimi, hərbçilərin təlim-tədrisi və mobil hərbi hissələrin təlimində vəzifə tapşırılması,
- Tərəflərin məktəb, təlim mərkəzi və qoşunlarında qarşılıqlı olaraq keçiləcək kurslar,
- Təlimdə istifadə ediləcək təchizat və təlim kömək materiallarının inkişaf etdirilməsində əməkdaşlıq edilməsi,
- Müştərək mövzularda təcrübə və məlumat mübadiləsi ilə texnoloji əməkdaşlıq,
- Təhsil-tədris və texniki-logistik mövzularda məlumat və təcrübə ötürülməsi məqsədilə "məsləhət xidməti" təmin edilməsi,
- Baş Qərargah Rəisliyinin tərkibində təlim-təhsil müəssisələrində təhsil, təlim və kurs keçmək üçün personal göndərilməsi kimi sahələrdə əməkdaşlıq edəcək.
Bu arada Türkiyədən sonra Pakistan da qəbul etdiyi qərarla Qətərdə hərbçi yerləşdirməyə hazırlaşır. Pakistan Məclisində Qətərə 20 min əsgər gündərilməsinə dair qərar üçün təklif təqdim edilib.

Bu xəbər oxundu
- - -