Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistan işğal etdiyi torpaqlardan çıxmalıdır”

16.06.17, 10:48
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Metyu Brayza : “Təmas xəttində ağır texnikanın olması aprel döyüşləri kimi ciddi toqquşmalara gətirə bilər”

“ABŞ və Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə öz töhfələrini verməyincə, mən münaqişənin həllində irəliləyiş gözləmirəm”.
Bu sözləri ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza deyib. O bildirib ki, ABŞ və Rusiya bu məsələni ikitərəfli əlaqələrin gündəliyinə daxil etməlidir: “İndi bu ölkələr arasında demək olar ki, əlaqə yoxdur. Həmsədrlər gələcək, həll yolları axtaracaq, danışıqlar aparacaqlar. Amma qeyd etdiyim məsələ olmasa, irəliləyiş olmayacaq”.
“Dağlıq Qarabağ münaqişəsi regionun iqtisadi inkişafına və təhlükəsizliyinə əsas maneədir. Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Bu torpaqlardan çıxmaq və ümumi dil tapmaq lazımdır”-deyəm Brayza bildirib ki, artıq 10 ildir münaqişənin həlli ilə bağlı çərçivə sazişi mövcuddur: “Bu, Madrid prinsipləridir və o prinsipləri axıra kimi aparmaq lazımdır. Lakin ABŞ və Rusiya prezidentlərinin şəxsi töhfəsi olmadan bu, mümkün deyil. Mən həmsədr olanda elə bir məqam baş verdi ki, biz irəli gedə bildik. Çünki bizim prezident Corc Buş və Rusiya prezidenti Dmitri Medvedev bu məsələyə diqqət ayırırdılar və töhfə verirdilər. Həmçinin Rusiya xarici işlər naziri Sergey Lavrov çox yaradıcı idi. Bunlar daha yaradıcı düşünmək üçün stimul yaradırdı. İndi isə nəinki Cənubi Qafqazla bağlı, ümumiyyətlə, dünya ilə bağlı siyasət yoxdur”.
“Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar o zaman başlaya bilər ki, ya Azərbaycan, ya da Ermənistan hökuməti bununla bağlı qərar qəbul etsin”-deyəm keçmiş həmsədr vurğulayıb:”Belə əməliyyat nə Azərbaycan, nə də Ermənistanın marağındadır: “Ola bilsin ki, Cənubi Qafqazdan kənar hansısa ölkə belə bir provokasiyalar törətsin. Mən ABŞ-ı nəzərdə tutmuram. Təmas xəttində ağır texnikanın olması aprel döyüşləri kimi ciddi toqquşmalara gətirə bilər. Lakin nəticədə bu vəziyyət müharibəyə kimi gedib çıxmadı. Çünki müharibə heç kimin marağında deyil”.

Bu xəbər oxundu
- - -