Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Emmanuel Makronun partiyası qələbə qazanıb

19.06.17, 9:41
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Aşağı seçki fəallığına baxmayaraq, Fransa prezidenti Emmanuel Makronun partiyası parlament seçkiləri uğrunda yarışlarda əksəriyyət əldə edib. Fransaın mərkəzi prezidenti və onun İrəli, Respublika partiyası 577 yerlik Milli Assambleyada 355-lə 425 arasında yer əldə edib. Makronun partiyası asanlıqla parlamentdə əksəriyyət təşkil edən sağçı və solçuları məğlub edib.
Beləliklə, Makron qarşısına qoyduğu əsas hədəflərə (ölkədə sərt əmək qaydalarını dəyişmək, dövlət sektorundakı on minlərlə iş yerini ixtisar etməyə) nail ola bilər. 39 yaşlı Makron bir ay öncə prezident seçkilərində ifrat sağçı Marin Le Pen üzərində qələbə çalıb. Makron siyasi dəyişikliklər vədləri ilə prezident seçkilərində qalib gəlib. O, seçki kampaniyası dövründə deyirdi ki, indiki siyasət dəyişməli, xalqa daha yaxın və tərəqqiyə meylli olmalıdır.
Bu parlament seçkiləri Fransanın yeni prezidenti üçün çox əhəmiyyətli idi. 8000-ə yaxın namizəd Fransa parlamentindəki 577 yer üçün rəqabət aparıb. Onun yenicə formalaşdırdığı İrəli, Respublika (Republic on the Move) partiyasının Milli Assambelaydakı yerlərin 80 faizini, 577 yerin 470-ni qazanacağı proqnozlaşdırılırdı.

Bu xəbər oxundu
- - -