Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycan həqiqətlərinin təbliğində bloqçuluq

19.06.17, 10:44
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirilən “Azərbaycan həqiqətlərinin sosial və internet mediada təbliği” layihəsi çərçivəsində Bakı İslam Universitetində xarici dil bilən və internetdə aktiv olan gənclər üçün “Azərbaycan həqiqətləri və Qarabağ problemi mövzusunda effektli bloqçuluq” mövzusunda təlim keçirib. Təlimdə 20 gənc iştirak edib. Təlimdə xarici dillərdə Azərbaycan həqiqətləri və Qarabağ problemi mövzusunda yazılarla effektli bloqçuluq fəaliyyətinin yolları iştirakçılara başa salınıb. Burada gənclərə Azərbaycan həqiqətləri, Qarabağ probleminin dünyada təqdimatı mövzusunda məlumatlar verilib, mənbələr göstərilib, bu sahədə bloq yaratmaq və bloqu effektiv idarə etmək qaydaları və üsulları izah edilib. Sonda təlimi uğurla başa vurmuş gənclərə sertifikatlar təqdim edilib.
Məlumat üçün bildirək ki, layihə çərçivəsində artıq “Sosial şəbəkələrdə Azərbaycan həqiqətləri, Qarabağ problemi mövzusunda aktiv və düzgün iştirak”, “Xarici internet mediada Azərbaycan həqiqətləri və Qarabağ problemi mövzusunda kəsərli məqalələrlə çıxış” mövzularında təlim keçirilib. Həmçinin, layihə çərçivəsində “Yenimedia.press” saytının Azərbaycan həqiqətləri və Qarabağ problemi ilə bağlı mövzulara və xarici internet və sosial mediada işıqlandırılmasına həsr edilmiş məqalələrlə yenilənməsi, layihənin icrası, təlimlərin və saytda əksini tapmış məqalələrin yeni ideyaverici məqamları əsasında ərsəyə gəlmiş materialların toplandığı kitabçanın çap edilməsi həyata keçiriləcək.

Bu xəbər oxundu
- - -