Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Tehrana mesaj vermək üçün Ermənistanı terror yuvasına çeviriblər”

19.06.17, 11:12
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Göksəl Gülbəy: “Ermənistan rəhbərliyinə bununla bağlı ciddi xəbərdarlıq edilməlidir”

Elxan Şahinoğlu: “Qarabağ və onun ətrafında erməni separatçılarının, digər terrorçuların möhkəmlənməsinə imkan verməməliyik”

“İranın paytaxtı Tehranda IŞID terror təşkilatı tərəfindən həyata keçirilən terror hücumunun təşkilatçıları Ermənistandan İrana keçiblər. Terrorçular PKK terror təşkilatının Suriya qanadı olan YPĞ-nın və İran qanadı PEJAK-ın aktivistlərindən olublar”. Bu fikirləri Türkiyədə fəaliyyət göstərən Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) Sədri Göksel Gülbəy səsləndirib. Göksəl Gülbəy iddia edib ki, Tehran terrorunda Birləşmiş Ştatlar və Avropa da maraqlı olub. Məqsəd İranın Suriyadakı aktivliyinin qarşısını almaqdır. Göksəl Gülbəyin sözlərinə görə, artıq PKK-nın Suriya qanadı sayılan YPĞ-da İŞİD terror təşkilatı ilə anlaşıb və hər iki terror təşkilatı artıq bir sıra məsələlərdə ortaq mövqe nümayiş etdirirlər. Tehran terroruna gəlincə, ASİMDER rəhbəri terrorçuların Tehran barədə kifayət qədər məlumatlı olduqlarını və İslam Respunlikasının paytaxtını yaxşı tanıdıqlarını ifadə edib: "Çünki terrorçular PEJAK-ın üzvü kimi uzun illər İran ərazisində olublar. Sonradan onlar PKK terror təşkilatının rəhbərliyinin tapşırığı ilə İrandan Ermənistan ərazisinə keçiblər. Eyni zamanda onlarla birlikdə PKK-nın Suriya qanadı olan YPĞ sıralarında yer alan terroçular da olub ki, həmin terorrçular da vaxtı ilə Azərbaycanın işğal altıdan olan Dağlıq Qarabağ ərazisinə yerləşdirilənlər sırasında olanlardır". ASİMDER rəhbəri qeyd edib ki, PKK terror təşkilatının rəhbərliyinin diqtəsi və Ermənistan dövlətinin dəstəyi ilə Qarabağa yerləşdirilən həmin terrorçular bir neçə dəfə saxta sənədlərlə İslam Respublikasının paytaxtına turistik səfər edərək əsas strateji obyektləri müəyyən ediblər. PKK-nın İran qolu olan PJAK həmin partlayışlara dəstək verib, terrorçuları bir sıra vacib bilgilərlə məlumatlandırıb".
Bu gün Ermənistanın, xüsusilə işğal altında olan Dağlıq Qarabağın terror yuvasına çevrildiyini diqqətə çatdıran Göksəl Gülbəy hesab edir ki, bundan həm Birləşmiş Ştatlar, həm də Avropa məlumatlıdır: "Əslində elə Birləşmiş Ştatlar və Avropa İranın Yaxın Şərq və Asiya ölkələrindəki fəaliyyətindən narahat olduğu üçün Tehrana mesaj vermək üçün Ermənistanı terror yuvasına çeviriblər". ASİMDER rəhbəri işğal altında olan Dağlıq Qarabağ ərazisinə yerləşdirilən terrorçular barədə yeni faktlarla çıxış edib. Bildirib ki, PKK terror təşkilatının İrandakı qanadı sayılan PEJAK terror təşkilatı İslam Respublikasının torpaqlarını tərk edərək Ermənistanın işğal etdiyi Azərbaycan ərazisinə, Dağlıq Qarabağa yerləşdirlib. Mərkəz rəhbərinin sözlərinə görə, təkcə PEJAK terror təşkilatının 1750 üzvü, terrorçusu Qarabağ bölgəsində yerləşdirilib: "İşğal edilmiş Dağlıq Qarabağda PEJAK terrorçuları üçün 12 təhsil düşərgələri yaradılıb. Əslində isə həmin düşərgələr sırf hərbi təlimlər üçün nəzərdə tutulub. PKK və PEJAK terror təşkilatı üzvlərinin işğal altında olan Dağlıq Qarabağ ərazisində yerləşdirilməsi barədə məlumatlar sosial şəbəkələrdə edilən paylaşımlardan da aydın görülü. Ermənistan dövlət rəsmiləri nə qədər inkar etsələr də, işğal etdikləri Qarabağı Fələstindəki Beka vadisinə çeviriblər. Artıq işğal altında olan Dağlıq Qarabağ ərazisi bölgədəki bütün terror təşkilatlarının təlim düşərgəsi rolunu oynayır". ASİMDER rəhbəri bildirib ki, bu təhlükəyə qarşı İran, Azərbaycan, Gürcüstan və Türkiyə diqqət yetirməli, adıçəkilən ölkələr terror təhlükəsini aradan qaldırmaq üçün birgə hərəkətə keçməlidirlər: "Yaxud Ermənistan rəhbərliyinə bununla bağlı ciddi xəbərdarlıq edilməlidir ki, terror təşkilatları ilə əməkdaşlıqdan əl çəksin".
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da bu məlumatların dünya ictimaiyyətinə çatdırılmasının mühüm önəm kəsb etdyini vurğulayıb: “I Qarabağ savaşından da məlumdur ki, erməni terrorçuları dünyadakı bütün terrorçuları Qarabağa cəlb etməyə çalışıb. Bu terrorçular içərisində PKK-çılar da olub. PKK ASALA ilə müttəfiq təşkilatdır. Bu baxımdan mən Qarabağda PKK-çıların da, Suriyadan gətirilən ermənilərin də mövcudluğunu istisna etmirəm.
Ermənistan hakimiyyətinin resursları tükənib. Onlar Qarabağdakı itkiləri doldura bilmirlər. Buna görə də rezervlərə ehtiyac duyurlar. Bu səbəbdən də müxtəlif terrorçuları Qarabağa cəlb etməyə çalışırlar.
Azərbaycan bu faktları dünya ictimaiyyətinə çatdırmalıdır. PKK-ya qarşı mübarizə aparan Türkiyəyə Azərbaycan öz dəstəyini bir az da artırmalıdır. Habelə, Qarabağ və onun ətrafında erməni separatçılarının və digər terrorçuların möhkəmlənməsinə imkan verməməliyik. Yaxşı olardı ki, oradakı PKK-çılardan əsirlər də götürək və həmin əsirlərdən Qarabağdakı PKK-çıların sayı, onların hansı nöqtələrdə yerləşdirilməsi ilə bağlı dəqiq məlumat ala bilək”.

Əli

Bu xəbər oxundu
- - -