Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Türk jurnalist İtaliyada məsul vəzifəyə seçilib

19.06.17, 11:15
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

TRT spor və A spor kanalının italiya müxbiri, İtalya Azərbaycan Dostluq Dərnəyinin sədri Dündar Keşaplı üst-üstə üçüncü dəfə Roma İdman Yazarları Dərnəyinin idarə heyətinin üzvü seçilib. İtalya İdman Yazarları Dərnəyinin Roma şöbəsi idarə heyətinə 2009-cu ildə seçilərək, bunu bacaran ilk əcnəbi jurnalist olan Keşaplı, idarə heyəti seçkilərində bir daha bunu bacarıb. Üçüncü dəfə bu vəzifəyə seçilen Keşaplı, bu qurumda mətbuat və beynəlxalq əlaqələr sahəsinə rəhbərlik edəcək: “Bu vəzifəyə üçüncü dəfə seçilmək mənim üçün şətəfdir. Məni bu vəzifəyə layiq bilən italyan dostlarıma, həmkarlarıma təşəkkür edirəm. Bundan sonra daha böyük uğurlara imza atacağımıza inanıram. İlk günkü kimi çalışmağa devam edəcəyik”.
Mərkəzi Romada yerləşən Ağdəniz Qızetçilər Dərnəyinin (AGM) də qurucu başqanlığını yürütməktə olan Keşaplının, 2021-ci ilə qədər bu vəzifədə qalacağı idarə heyətində başqanlığa isə RAI idman kanalının sədr müavini Jacopo Volpi seçilib. Keşaplı eyni zamanda İtaliyada SKY və TGCOM xəbər kanallarında şərhçi olaraq fəaliyyət göstərir.

Bu xəbər oxundu
- - -