Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

BDU-da dövlət qulluğu sistemi müzakirə edilib

19.06.17, 11:55
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dünən Bakı Dövlət Universitetində (BDU) bu ali təhsil ocağının professor-müəllim heyətinin, bakalavr və magistratura səviyyələrində təhsil alan tələbələrinin iştirakı ilə “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən tədbiri açan rektor, akademik Abel Məhərrəmov bildirib ki, tədbir Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin 11 aprel 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı”na əsasən dövlət qulluğu susteminin mahiyyəti və əhəmiyyəti haqqında ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi məqsədilə keçirilir. Rektor dövlət qulluğu və digər kadr məsələləri sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsindən, dövlət qulluğuna qəbulun mərkəzləşdirilmiş qaydada aparılmasından bəhs edib. Qeyd edib ki, Dövlət İmtahan Mərkəzinin dövlət qulluğuna qəbulla əlaqədar keçirdiyi qəbullarda Bakı Dövlət Universitetinin məzunları çoxluq təşkil edir.
Sonra Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə çıxış edərək dövlət qulluğu sahəsində dövlət siyasətinin artıq Mərkəz tərəfindən həyata keçirildiyini bildirib. Qeyd edib ki, Mərkəzin üzərinə düşən əsas fəaliyyətlərdən biri də dövlət idarəçiliyi sistemini inkişaf etdirmək, dövlət qulluğuna qəbulu mərkəzləşdirilmiş qaydada, müsabiqə və şəffaflıq əsasında aparmaqdan ibarətdir.
Sonra DİM-in Hüquqi təminat və və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov “Dövlət qulluğuna qəbulun Azərbaycan modeli” mövzusunda təqdimatla çıxış edib. DİM-in İctimaiyyətlə əlaqələr və kargüzarlıq şöbəsinin məsləhətçisi Pərviz Kazımov “Xəyal qurma, həyatın planlaşdırılması və duyğusal inkişaf” təlim xarakterli təqdimatında peşə seçimində fərdin arzuları, dəyərlər və motivasiyanın rolunun önəmini vurğulayıb. Tədbirin sonunda iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Bu xəbər oxundu
- - -