Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Qarabağ”ın hücum xətti daha təhlükəlidi”

19.06.17, 13:19
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq Gürcüstanın “Samtredia” klubunun müdafiəçisi Laşa Kasradzenin apasport.az saytına müsahibəsi
- Püşk “Qarabağ”ı sizə rəqib etdi. Kimi daha şanslı sayırsız?
- Çətin olacaq. Amma həyatda mümkünsüz heç nə yoxdu.
- Əvvəllər Azərbaycan çempionatında, konkret olaraq, AZAL və “İnter” klublarında çıxış etmisiz. Bu mənada, “Samtredia”nın üzvləri arasında “Qarabağ”ı ən yaxşı siz tanıyırsız...
- Elədi. Mən 3 il Azərbaycan Premyer Liqasında oynamışam. “Qarabağ” da daxil olmaqla, bütün komandalarınızı yaxşı tanıyıram.
- “Qarabağ” barədə fikirləriniz maraqlıdı...
- Əbəs yerə bizi ağır matçların gözlədiyini demədim. “Qarabağ” güclü komandadı, yaxşı futbolçuları var. Rəqibin oyunçuları meydanda bir-birlərini yaxşı başa düşürlər. “Qarabağ”ın hücum xətti daha təhlükəlidi. Amma bu o demək deyil ki, “Samtredia” meydana təslim olmaq üçün çıxacaq. Bizim də şansımız var. Rəqibimizin adını bilən kimi, diqqətimizi “Qarabağ”la görüşə yönəltdik, onlara qarşı necə oynayacağımızı öz aramızda müzakirə etdik.
- “Qarabağ”ın heyətində hansı futbolçudan daha çox ehtiyat edirsiz?
- Rəqibin bütün oyunçuları güclüdü. Bu mənada, kimisə fərqləndirmək olmur. Xüsusilə, hücum xəttində yer alan futbolçular təhlükəlidi. Mən bu komandanı yaxşı tanıyıram. Çünki “Qarabağ”a qarşı bir neçə dəfə oynamışam.
- “Samtredia” ötən il Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ” ilə qarşılaşmışdı. Bakıda 1:5 hesablı məğlubiyyətə məruz qalan hazırkı komandanız cavab matçında 2:1 hesablı qələbə qazansa da, mübarizəni dayandıran tərəf olmuşdu. Son mövsümü ölkə çempionu kimi başa çatdıran “Samtredia” ötən ilki kollektivdən nə ilə fərqlənir?
- “Qəbələ” ilə qarşılaşan vaxt mən komandada deyildim. Hazırkı “Samtredia” ilə əvvəlki arasında elə də fərq yoxdu, demək olar ki, eynidirlər. Hələ “Qarabağ”la oyuna vaxt var. Hazırlığımızı sırf bu görüş üçün quracağıq.
- İlk matçın Bakıda keçirilməsi sizin xeyrinizədi, ya əksinə?
- Hamı kimi, bizim üçün də ilk oyunun harada keçirilməsi önəm kəsb edir. Açığı, birinci qarşılaşmanın Gürcüstanda keçirilməsi ürəyimcə olardı. İstənilən halda, Bakıda yaxşı nəticəyə imza atmağa çalışacağıq. Onu da deyim ki, yenidən Azərbaycana gələcəyim üçün şadam. Bakını çox bəyənirəm.
- Sabiq komandalarınızdan “İnter” Avropa Liqasında iştirak edəcək. Premyer Liqa ilə vidalaşan AZAL isə növbəti mövsümdən I divizionda mübarizə aparacaq...
- Hər birindən xəbərim var. Azərbaycan çempionatını diqqətdə saxlayıram və imkan tapdıqca oyunlara baxıram. “İnter”in Avroliqaya vəsiqə əldə etməsi məni sevindirirsə, AZAL-ın çempionatı tərk etməsinə məyus oluram.

Bu xəbər oxundu
- - -