Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycanlı fəallar məhkəməyə çağırılıb

04.07.17, 11:26
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycanlı milli-mədəni fəal, Sulduz sakini Hamid Allahverdipur Əhərin İnqilab Məhkəməsinə çağırılıb.
Məhkəmənin göndərdiyi çağırış vərəqəsinə əsasən fəal avqustun 8-də məhkəməyə müraciət edərək irəli sürülən ittihamlara cavab verməlidir.
Hamid Allahverdipur ölkə təhlükəsizliyinə qarşı sövdələşmədə ittiham olunur.
Azərbaycanlı fəal 2015-ci il noyabrın 9-da məlum “Fitilə” televiziya verilişi ilə əlaqədar fars irqçiliyinə qarşı keçirilən etiraz aksiyasında yaxalanıb, 6 gün saxlandıqdan sonra sərbəst buraxılıb. Fəal həmin dosye ilə əlaqədar məhkəməyə çağırılıb.
İrqçiliyə qarşı keçirilən etiraz aksiyalarında tutulanların hamısı “ölkə təhlükəsizliyinə qarşı sövdələşmədə ittiham” olunur.
Azərbaycanlı milli-mədəni fəal Əkbər Əbulzadə və Süleyman Kazimi isə Əhər şəhərinin İnqilab Məhkəməsinə çağırılıblar.
Əkbər Əbulzadə ölkə təhlükəsizliyini pozamaq məqsədi ilə sistemə qarşı qruplar təşkil etməkdə, Süleyman Kazimi isə ölkə təhlükəsizliyinə qarşı sövdələşmədə ittiham olunur.

Bu xəbər oxundu
- - -