Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Təbrizin millət vəkilindən çağırış

04.07.17, 11:40
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Güney Azərbaycanın Təbriz şəhərinin İran parlamentindəki millət vəkili Əhməd Əlirzabeygi “Azərbaycan Ədəbiyyat, İncəsənət və Mədəniyyət Mərkəzi”nin fəaliyyətini tənqid edərək onu təsis edildiyi gündən bəri heç bir ciddi iş görməməkdə günahlandırıb.
Millət vəkili bazar günü parlamentdəki çıxışında deyib: “Azərbaycan əhalisi uzun illərdir, qövmlərin ana dilini qorumaqla bağlı konstitusiyanın 15-ci maddəsinin reallaşması üçün bir qurumun yaradılmasına çalışıb. Onlar bu şəkildə Azərbaycan mədəniyyət və incəsənətini Rzaxan dövründə baş verən durğunluqdan qurtarıb və yenidən canlandırmaq istəyir. Bu həmdə İranın mədəniyyət və incəsənətinin daha da zənginləşməsinə səbəb olardı.”
İranda böyük türk cəmiyyəti mövcuddur. Təssüflər olsun ki, bu gün bir sıra siyasi və mədəni məsulların laqeyd münasibəti nəticəsində, Türkiyə və Azərbaycan Cümhuriyyətinin ədəbiyyatı ölkənin böyük türk dilli cəmiyyətinin danışıq və yazışması üçün bir istinad nöqtəsinə çevrilib”- deyə Əhməd Əlirzabeygi bildirib.
Güney azərbaycanlı türklərin qardaş Şimali Azərbaycan və Türkiyə türklərindən təsir almalarını “əsl Azərbaycan türkcəsinin təhdidi” adlandıran millət vəkili bu məsələnin siyasi problemlər yaratdığını deyib.
“İnqilabdan 38 il keçdikdən sonra nəhayət ki, prezident Azərbaycan əhalisinə “Türk Dili və Ədəbiyyatı Mədəniyyət Evi”nin yaradılmasına dair vəd verdi. Lakin sonra qərar dəyişdirildi və “Azərbaycan Ədəbiyyat, İncəsənət və Mədəniyyət Mərkəzi”i adlı bir qurum təsis edildi. Bu qurum fəaliyyətə başladığı gündən heç bir ciddi iş görməyib, yalnız partiya üzvlərinin toplandığı bir kluba çevrilib. Biz bu quruma “Fars Dili Mədəniyyət Evi”nə olan münasibəti, onun isə qonşu ölkələr üçün istinad nöqtəsinə çevrilməsini istəyirdik. Lakin bu belə olmadı”- deyə millət vəkili əlavə edib.
“Türk Dili və Ədəbiyyatı Mədəniyyət Evi”nin yaradılması İran prezidenti Həsən Ruhaninin 2013-cü il prezident seçkiləri öncəsi Azərbaycan əhalisinə verdiyi vədlərdən biri olub. Lakin o prezident seçildikdən sonra verdiyi vədi yerinə yetirməyib. 2015-ci ildə isə “Türk Dili və Ədəbiyyatı Mədəniyyət Evi”nin yerinə Təbrizdə “Azərbaycan Ədəbiyyat, İncəsənət və Mədəniyyət Mərkəzi”i təsis edilib. Hazırda mərkəzin yaradılmasından 2 ildən çox keçir, lakin qurum Azərbaycanın ədəbiyyat, incəsənət və mədəniyyəti uğrunda heç bir addım atmayıb. Mərkəzin adında türk deyil, Azərbaycan sözünün istifadə edilməsi də onun fəaliyyətinin hansı istiqamətdə olacağına ciddi işarədir.

Bu xəbər oxundu
- - -