Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ərazi bütövlüyünə təhdid beynəlxalq sabitliyə təhlükədir

14.07.17, 14:11
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Norveç XİN ATƏT-i Azərbaycanın ərazi bütövlüyünü müdafiə etməyə çağırıb

Bu həftə Avstriyada baş tutmuş ATƏT XİN Şurasının qeyri-rəsmi görüşündə Norveç ATƏT-in hazırkı sədri Avstriyanı Azərbaycanın ərazi bütövlüyünü müdafiə etməyə çağırıb.
Görüş zamanı çıxış edən Norveçin xarici işlər nazirinin müavini Tone Skogen deyib ki, bəzi üzv ölkələr ATƏT qarşısında götürdükləri öhdəlikləri yerinə yetirmirlər.
Onun sözlərinə görə, məhz indiki çıxılmaz vəziyyətin səbəbi budur: “Bu həm də qurum daxilində etimad və kompromisin olmamasının səbəbidir. Üzv ölkələrin ərazi bütövlükləri və suverenliyinə təhdidlər Ukraynada, Gürcüstanda, Moldovada, Azərbaycanda davam etməkdədir. Bu, beynəlxalq sabitliyə və ümumi təhlükəsizliyimizə təhlükədir”.
Nazir müavini qeyd edib ki, ATƏT etimadın bərpa olunması və dialoq üçün aparıcı platforma olaraq qalmalıdır.

Bu xəbər oxundu
- - -