Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Rusiya XİN-in bəyanatları Bakıda anlaşılmazlığa səbəb olub”

17.07.17, 9:11
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan öz xarici siyasətində Rusiya federasiyasının maraqlarını nəzərə alır. Rəsmi Bakının Rusiya ilə əməkdaşlığı genişləndirilməsi, möhkəmləndirilməsinə dair planları var.
Bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov “RİA Novosti” agentliyinə müsahibəsində deyib.
“Azərbaycan öz xarici siyasətində Rusiyada daxil olmaqla strateji tərəfdaşlarının maraqlarını nəzərə alır. Rusiya bizim 100 illərdir bağlılığımız olan bir ölkədir. Bu ölkə ilə çox yüksək səviyyədə əməkdaşlığımız var. Rusiya ilə əməkdaşlığımızı genişləndirmək, möhkəmləndirmək planlarımız var”.
Azərbaycan prezidentinin köməkçisinin sözlərinə görə, Rusiya Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycan Konqresinin ləğvi və Rusiya XİN-in Bakıya qarşı bir sıra sərt bəyanatları Azərbaycan paytaxtında anlaşılmazlığa səbəb olub.

Bu xəbər oxundu
- - -