Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənilər dinc insanları öldürməkdən həzz alırdılar”

20.07.17, 9:09
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

hяqiqяtlя,ц1-ci yazı lahiNяlяr,Bu gün nB
1-ci yazı

Bu gün Ermənistan özünü dünyaya “humanist” olaraq təqdim etsə də, havadarlarının əliylə Azərbaycanın tarixi torpaqlarını işğal etməsi faktı ortadadır. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov tədqiqatında ermənilərin 1980-ci illərin sonlarından SSRİ-nin süqutundan fürsət taparaq torpaqlarımızın işğalı üçün min bir planlar qurmasından, açıq şəkildə dövlət səviyyəsində terror yoluyla istəklərini gerçəkləşdirməsindən danışılır. Faktlardan aydın görünür ki, erməni məkrində həmişə çox fəal amansızlıq nümayiş etdirib: “Erməni silahlıları Valeri Balayanın rəhbərliyi ilə Qarabağın silahsız azərbaycanlı əhalisi yaşayan Tuğ, Sarışen, Salakətin, Meşəli, Malıbəyli kəndlərini daim atəş altında saxlayırdılar. Qarabağda üstünlüyü ələ alan Ermənistan hökuməti orada pərakəndə fəaliyyət göstərən erməni silahlı dəstələrini birləşdirib vahid komandanlıq yaradaratdı. Hökumət bu vəzifəyə Gürcüstan vətəndaşı, əslən erməni olan “Dağ tülküsü” ləqəbli general Arkadi İvanoviç Ter-Tadovesyanı komandan təyin etdi. Bununla da ermənilər Qarabağda vahid mərkəzdən idarə olunan nizami bir ordunun yaradılmasını gerçəkləşdirdilər. Təyinatının ilk günu Arkadi Ter-Tadevosyan Kərkicahan və Qaradağlı kəndlərinə sarsıdıcı zərbələr endirdi. Ermənistan silahlı münaqişəni genişləndirmək üçün Qarabağ cəbhəsini silah-sursatla müntəzəm olaraq təmin etməli idi. Bu məqsədlə təcili tədbirlər həyata keçirməyi planlaşdırırdı. Ermənistandan silah-sursat daşınmasını həyata keçirmək üçün Qarabağla Ermənistan arasında yeganə quru yol olan Xankəndi-Şuşa-Laçın-Gorus yolu təhlükəli olduğundan Xankəndi-İrəvan hava yolundan istifadə etmək məcburiyyətində idi.
Bu məcburiyyət Ermənistanı xüsusi strateji əhəmiyyət daşıyan Xocalı şəhərini işğal etməyə vadar edirdi. Bu hadisədən çox-çox sonralar, Xocalı şəhərinin işğalında iştirak etmiş rus zabiti Vladimir Vardanovun İrəvan şəhərində çap olunan “Şuşi” jurnalına 08.02.2006-cı ildə verdiyi müsahibədə bidirir ki, “Ermənistan Dağlıq Qarabağın hava dəhlizinə nəzarəti ələ keçirmək üçün Xocalı üzərinə hücumu hələ 1989-cu ildən planlaşdırıb”. Belə ki, 1989-cu ilin dekabrında Ermənistan ordusunun zabitləri, eləcədə «Erkrapah-ım» (Torpaq mühafizəçiləri) adlı terror təşkilatının muzdlu üzvləri olan Baqdasar Gevorkyan, Vano Siraderyan və Samvel Şarinyan rus zabiti Vladimir Voronovla danışıqlar apararaq, onu Sovet ordusunun xüsusi təyinatlı briqadalarında xidmət keçmiş könüllülərdən ibarət xüsusi təyinatlı qrup təşkil etməyə və bu qrupla Xocalıya hücum etməyə razı salıblar. Vladimir Vardanov SSRİ quru qoşunlarının 12-ci briqadasının tərkibində Əfqanıstanda döyüşmüşdü. O, ərəb ölkələrində hərbi təcrübə keçmiş və Afrika ölkələrinin xilasedici taborlarında iştirak etmiş bir zabit idi. Eyni zamanda Vladimir Voronovun köməyindən Ermənistan hökuməti 1988-ci ildə Ermənistandan azərbaycanlıların qovulmasında da istifadə etmişdi.
Vladimir Varonov 1990-cı ilin birinci rübündə artıq 150 nəfərlik xüsusi təyinatlılardan ibarət hissəni təşkil edərək, döyüşə hazır vəziyyətə gətirib. Bu xüsusi təyinatlı hissənin qərargah rəisi tanınmış sovet kəşfiyyatçısı İvan Qukasov, onun yardımçıları isə Alik Petrosyan və Feliks Qeoxlyan təyin edilmişdilər. Bu hissə 1992-ci ilin fevral ayının sonlarına kimi Ermənistanın Noembryan rayonunun Krasnoselsk kəndi ərazisindəki hərbi düşərgədə xidmət keçib. 1991-ci ilin kəşfiyyat məlumatından məlum olub ki, 150 nəfərlik bu qüvvə Xocalı şəhərini işğal etmək iqtidarında deyil. Bu qrup Xocalıdakı azərbaycanlı özünümüdafiə dəstəsinin döyüş əzmini qıra bilməyəcəklər. Ora daha böyük hərbi qüvvələr cəlb etmək lazımdır.
Vladimir Varonovun dediyinə görə Ermənistanın hərbi komandanlığı son anda qərarını dəyişərək onları Ağdam istiqamətində azərbaycanlılarla təmas xəttində yerləşdiriblər. Bu nöqtədə onların vəzifəsi Xocalı üzərinə ermənilərin hücumu zamanı Ağdam istiqamətindən Xocalıya köməyə gəlməsi ehtimal olunan Azərbaycan əsgərlərinin yolunu bağlamaq olub. Lakin gecənin qaranlığında ermənilərin hücumu zamanı Xocalıdan Ağdam istiqamətinə qaçan mülki Xocalı sakinlərini pusquda qarşılayan V.Voronovun silahlıları xocalıları burada kütləvi şəkildə güllələməyə başladılar. V.Varonov etiraf edir ki qrupun erməni əsgərləri azərbaycanlı əhalinin güllələnməsində xüsusi qəddarlıq nümayiş etdirirdilər. Öldürməkdən gözləri doymayan erməni əsgərlər köməksiz insanların əsir götürülməsinə hər vəhclə mane olmağa çalışırdılar. Onlar bu dinc insanları öldürməkdən sanki həzz alırdılar”.
Xocalı üzərinə hücum xüsusi hazırlıq və böyük qüvvə ilə həyata keçirilmişdi: “Xocalı üzərinə hücum əməliyyatı general Arkadi Ter-Tadevosyan, yazıçı Zori Balayan, Daşnakstyun terror təşkilatının Qarabağ nümayəndiliyinin rəhbəri Robert Koçaryan (keçmiş prezident), Ermənistan Hərbi Nazirliyinin əməkdaşı Serj Sarkisyan (indiki prezident) tərəfindən hazırlanmışdı. Lakin hücumu uğurla başa çatdırmaq üçün əməliyyatçılar nə hücum planına, nə də Xocalının xəritəsinə malik deyildilər. Xəritənin olmaması əməliyyatı ləngidirdi. Odur ki, Robert Koçaryan uzun axtarışdan sonra Xankəndi şəhərinin baş memarı Valodya Stepanyanı tapıb hərbi qərargaha gətirdi. Qərargah rəisi ona tez bir zamanda Xocalı şəhərinin baş planını hazırlamağı tapşırdı və alayın proporşiki Samvel adlı şəxsi V.Stepanyana köməkçi təyin etdilər. Beləliklə Xocalı şəhəri üzərinə hücum planının xəritəsi praporşik Samvel və Xankəndi şəhərinin baş memarı Valodya Stepanyan tərəfindən hazırlandı. Bundan sonrakı əsas məsələ hücuma keçən qrupların silahlandırılması və böyük sayda ağır texnikanın bu hücuma cəlb edilməsi məsələsi idi ki, artıq bu da Rusiyanın Qarabağdakı hərbi hissələri hesabına öz həllini tapmışdı. Belə ki, 1991-ci ilin payızında SSRİ dağıldıqdan sonra SSRİ-nin Xankəndindəki milis polkunun əsgər və zabitlərinin bir qismi (onlar 1989-cu ildə güya millətlərarası münaqişənin yatırılması üçün Rusiyadan Qarabağa yeridilmişdilər) bütün silah-sursatlarını və hərbi texnikalarını erməni əsgərlərinə təhvil verib öz vətənlərinə yola düşdülər, digər bir qismi isə erməni komandanlığına tabe olaraq Qarabağda qaldılar.
Bundan başqa Rusiyaya məxsus 366-cı Motoatıcı alay da bütün heyəti və hərbi sursatı ilə birlikdə ermənilərin sərəncamında idi. Hücum planına nəzarəti Arkadi Ter-Tadevosyan özü şəxsən həyata keçirirdi. Robert Koçaryan və Serj Sarkisyan isə “döyüşçü kimi Xocalı üzərinə getmək biz ermənilərin şərəf işimizdir” - deyərək silahlanıb döyüşçülərə qoşuldular. Ermənistan Ordusunun Xocalı üzərinə hücum planı dörd istiqamətdən aparılacaqdı. Bütün detallarına qədər dəqiqliklə bu hücum planı ölçülüb-biçilmişdi. Birinci istiqamət, Mehdikənd tərəfdən Ermənistan ordusunun Qarabağdakı altıncı rotası və Sasun, Suren, Levon, Akop, Vitali və Afo adlı zabitlərin silahlı dəstələrindən ibarət idi. İkinci istiqamət, Noragux tərəfdən Ermənistan ordusunun Qarabağdakı üçüncü və doqquzuncu rotaları (rota komandirləri-Tiqran və Yura adlı şəxslər olub), eləcə də Armo, Qaqik və Edikin silahlı dəstələrindən ibarət idi. Üçüncü istiqamət, Katuk kəndi tərəfdən Ermənistan ordusunun Qarabağdakı birinci rotasının döyüşçüləri-rotanın komandiri Aşot Qulyan (Bekor), ikinci rota-komandiri Karen Babayan (Karo), dördüncü rotanın döyüşçüləri habelə Albert adlı zabitin alayı və yaxın erməni kəndlərindən olan daha bir neçə hər biri 30 nəfərdən ibarət silahlı dəstələrdən ibarət idi. Dördüncü və ən vacib istiqamət olan Hava limanı tərəfdən Rusiyanın 366-cı motoatıcı alayın şəxsi heyəti və zirehli maşınları eləcə də Sumbat adlı zabitin mobil alayından ibarət idi.
Hücum, 1992-ci il fevralın 25-dən 26-na keçən artileriya atəşləri ilə başladı. Hər tərəfdən ölüm saçan güllə yağşı altında Xocalı qan içində üzürdü. O gecə (qoca, uşaq, qadıın) heç kimə rəhm edilmirdi. Hərəkət edən hər nə varsa güllələnir, məhv edilirdi. Ölənlərin meyidləri təhqir edilir, sağ ələ keçən kişilər diri-diri ağaclardan asılır. Qadınlar isə əsgərlər tərəfindən zorlanırdı. İnsanlarıın nalə və fəryadları ərşə qalxırdı. Ölümün pəncəsindən xilas olmağa çalışan insanlar parakəndə şəkildə hara gəldi qaçırdılar. O müdhiº gecədə 613 nəfər Xocalı sakini şəhid oldu. Onlardan ancaq 335 nəfərinin meyidini dəfn etmək mümkün oldu. 1275 nəfər dinc sakin girov götürüldü, onlardan 150 nəfərinin taleyi bu gün də məlum deyil. Faciə nəticəsində 1000 (min) nəfərdən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst oldu. Qətlə yetirilənlərin 106 nəfəri qadın, 83 nəfəri azyaşlı uşaq, 70 nəfəri qocalar idi. Şikəst olanların 76 nəfəri yetkinlik yaşına çatmamış oğlan və qızlardır. Cinayət nəticəsində 27 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Şəhid olanlardan 56 nəfəri xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırıldı, başları kəsildi, gözləri çıxarıldı”.
Xocalı üzərinə hücumda iştirak edən Rusiyadakı hərbi hissələrin birinin əks-kəşfiyyat şöbəsinin rəisi polkovnik V.Savelyev özünün Rus hökumətinə yazdığı “Məxfi arayış”ında erməni silahlı dəstələri ilə Rusiya qoşun birləşmələrinin Dağlıq Qarabağda keçirdikləri hərbi əməliyyatlara şərh verərək yazırdı: «Mən bütün bunları yazmaya bilmərəm. İnsanların, uşaq və qadınların, hamilə gəlinlərin güllədən keçmiş bədənlərini unuda bilmirəm. Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə yazdığım məxfi arayışı həm Kremlə, həm də SSRİ Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin generallarına göndərdim. Oxuyun, dedim. Biz rusların zabit şərəfi görün necə ləkələndi».
Küçələrində o gecə yalnız ölülər qalan Xocalı şəhərinə od vuruldu. Bu bəşəriyyət tarixində görünməmiş hadisə idi. O, qanlı fevral gecəsi Xocalı adlı bir şəhər yer üzündən silindi. Artıq bütün təhlükələr Laçına doğru istiqamət götürürdü. Xocalı şəhəri ermənilər tərəfindən vəhşicəsinə dağıdıldıqdan bir az sonra Qarabağda ardıcıl olaraq çox qanlı olaylar baş verdi...


Uğur

Bu xəbər oxundu
- - -