Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Güneyli millət vəkili çağırış

20.07.17, 13:48
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Məktəb və universitetlərdə türk dili tədris olunmalı, türk nazirlərin sayı artmalıdır”

Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur İranda əhalinin təxminən 50 faizinin türk dilində danışdığını deyərək türk dilinin məktəb və universitelərdə tədris olunmasını və yeni nazirlər kabinetində daha çox türkün yer almasını istəyib.
O bu barədə iyulun 19-da İran parlamentindəki çıxışı zamanı danışıb.
Millət vəkili hökuməti türk dilinin tədrisi ilə bağlı verdiyi vədi yerinə yetirmədiyi üçün tənqid edərək xəbərdarlıq edib ki, türklərdən yeni nazirlər kabinetində istifadə olunmasa, hökumət Türk Bölgələri Fraksiyasına üzv olan 110 millət vəkilinin dəstəyini itirəcək.
“Cənab prezident, nazirlərin siyahısında, türklərin sayı artırılsın. Əgər peşəkar, mütəxxəssis və layiqli türk əsilli nazir təqdim olunmayacaqsa, o zaman Fraksiyaya üzv olan 110 türk millət vəkilindən yeni nazirlər kabinetinə etimad rəyi gözləməyin. Öz ləyaqətini sübut edən parlamentdəki millət vəkilləri, bacı və qardaşlarımızdan nazirlər kabinetində istifadə olunmalıdır”- deyə Nadir Qazipur bildirib.
Azərbaycanın İranın müasir tarixindəki roluna işarə edən millət vəkili sözlərinin davamında deyib ki, təklif olunan Təhsil naziri konstitusiyanın 15 və 19-cu maddələrini icra etməli, türk dilinin məktəb və universitetlərdə tədris olunmasına şərait yaratmalıdır.
İranda milyonlarla Azərbaycan türkü ana dildə təhsil almaq üçün uzun illərdir mübarizə aparır. İran Konstitusiyasının 15 və 19-cu maddələrində isə ana dildə təhsil deyil, ana dilinin tədris olunması azaddır. Lakin qeyri-fars millətləri üçün nəzərdə tutulan minimum hüquq belə icra olunmur. Ona görə də, bir sıra yerli məsullar, o cümlədən bəzi millət vəkilləri hökumətdən konstutusiyaya əməl etməsini tələb edirlər.

Bu xəbər oxundu
- - -