Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycanlı əsirlər orqan mafiyasına, qadınlar isə seks tacirlərinə satılıblar”

31.07.17, 11:02
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Biz Ermənistanın işğal etdiyi Qarabağdakı 3 minə yaxın azərbaycanlı əsirlər barədə Türkiyə və beynəlxalq qurumlara müraciət edərək, onların aqibətinin araşdırılmasını istəyəcəyik”. Bunu Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksəl Gülbəy söyləyib. “Ermənistan Qarabağ savaşı zamanı 4700 azərbaycanlını əsir alıb. Bunlardan 2700-ü qadın və uşaqdır. İrəvan 25 ildir işğal etdiyi Qarabağdakı əsirləri inkar edib. Dünyadakı insan haqları təşkilatları və ATƏT üzvləri heç bir səs çıxarmayaraq, bu əsirləri ölümlə, zülmlə qarşı-qarşıya qoyublar. Qarabağa səfər edən Gürcüstan və İran vətəndaşları təsadüfən əsir azərbaycanlıların çalışdığı Kəlbəcərin Zod kəndində olublar. O zaman onlar orada mədənlərdə çalışan səfil vəziyyətdə olan çox sayda insan görüblər. Onlara rəhbərlik edən erməni bütün qızıl mədənlərində çalışanların azərbaycanlı əsirlər olduğunu bildirib. Bu hadisə hər kəs tərəfindən bilinir. Buna rəğmən dünyadakı insan haqları təşkilatları azərbaycanlıların haqlarının tapdalanmasına səssiz qalırlar. Azərbaycanlı əsirlər orqan mafiyasına, qadınlar isə seks tacirlərinə satılıblar. 1992-1995-ci illərdə Ermənistanın dövlət rəsmiləri azərbaycanlı əsirlərin orqanlarını pul qarşılığında satmaqla bərabər, buradakı qadınların bir hissəsini özlərinə seks köləsi ediblər. Bu vəziyyəti qəbul etməyib özünü öldürənlər də olub. Bunların hamısını bizə 1999-cu ildə Ermənistan sərhədində heyvan qaçaqmalçılığı edərkən yaxalanan və Ermənistan həbsxanalarında 3 il yatan insanlar söyləyiblər. Bu insanlar həbsxanalarda qaldıqları müddət ərzində hər gün həbsxanaya boynu zəncirli bir azərbaycanlı əsirin gətirildiyini və onun Naxçıvanın Sədərək rayonu ilə sərhəd olan mədənlərdə çalışdırıldığını, onunla bərabər çoxlu sayda azərbaycanlının olduğunu söyləyib. Biz tezliklə azərbaycanlı əsirlərlə bağlı Türkiyə Böyük Millət Məclisinin İnsan Haqlarının İncələnməsi Komissiyası, Türkiyə Baş Nazirliyinin İnsan Haqları Departamentinə, Avropa İnsan Haqları Məhkəməsinə, Avropada İşgəncənin Qarşısının Alınması Komitəsinə, Avropa Şurası və BMT-yə müraciət edəcəyik”, – o bildirib

Bu xəbər oxundu
- - -