Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Suriyada ABŞ-Rusiya hərbi qarşıdurması təhlükəsi artır

10.08.17, 10:22
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İran ABŞ-ı İrana sızan terrorçulara yardımda ittiham edir

Suriya hökumət qoşunları qətiyyətli həmlədən sonra Xoms əyalətinin şərqində Əs-Suhna şəhərini tam ələ keçirib. Ər-Rakka və Dəyr-əz-Zor şəhərləri uğrunda döyüşlər davam edir. Ankara Suriya sərhədinə qoşun düzür vəı cənub qonşusunun hüdudlarında yeni müdaxiləyə hazırlaşır. Rojava (Suriya Kürdüstanı) könüllü yığmaları əldə silah türkləri qarşılamağa hazırlaşırlar. Tehran İran Kürdüstanının sərhədyanı rayonlarında Amerika xüsusi xidmətlərinin fəallığından narahatdır. Qərb ekspertləri işarə edirlər ki, Yaxın Şərqdə ABŞ və Rusiyanın silahlı toqquşması getdikcə daha çox ağlabatan olur.
Strateq k-politika.ru-ya istinadən yazır ki, Suriya Ərəb Ordusunun bölmələri bazar günü müttəfiqlər və öz HHQ və Rusiya HKQ-nin dəstəyi ilə İŞİD-in hərbiləşdirilmiş birləşmələrini Əs-Suhna şəhərindən vurub çıxardıb. Bu barədə məlumat Suriyanın SANA informasiya agentliyinə isnad edən Aljazeera telekanalının internet portalında məlumat verilib. Hökumət qüvvələri üç yöndən şəhərə hücum edib və rəqib tam mühasirə təhlükəsinə düşməklə geri çəkilməyə məcbur olub. Bu yaşayış məntəqəsindən Deyr-əz-Zora birbaşa, haradasa, 124 km, Xoms əyalətinin şərq inzibati sərhədinə qədər isə 50 km-dir.
SƏO qüvvələri Deyr-əz-Zor şəhərinin özündə “xilafət” dəstələri ilə ağır döyüşlər aparır. Əsasən, şəhərin şərq və cənub civarında. Suriya ordu aviasiyası və Rusiya HKQ təyyarələri İŞİD-in bandit birləşmələri və hərbi infrastruktur obyektlərinə raket-bomba zərbələri endirir. Cihadçılar canlı qüvvə və hərbi texnikadan böyük itkilər verirlər. Eyni zamanda, ABŞ-ın başçılıq etdiyi koalisiya aviasiyası Deyr-əz-Zor və Suriya Demokratik Qüvvələrinin (SDQ) 45% ərazisini tutmağa nail olduğu Ər-Rakkaya aviahəmlələr edir. Koalisiya təyyarələri şəhərin civarındakı obyektləri bombalayır, dinc sakinlər bomba və raketlərin altında kütləvi şəkildə həlak olurlar.
Britaniyanın “Guardian” qəzeti əvvəllər olduqca bədbin ekspert proqnozunu ehtiva edən məqalə dərc edib: “Vaşintonla Moskva arasında Suriyada nüfuz uğrunda mübarizə bu ölkədə müharibə bitdikdən sonra Rusiya və ABŞ arasında təsadüfi insident nəticəsində başlaya biləcək birbaşa qarşıdurma təhlükəsini çoxaldır… İstənilən səhvin birbaşa toqquşmaya səbəb ola biləcəyi durum vaxt məsələsinə çevrilir”.
Vaşinqton istədiyini əldə etmədən Suriyadan getmək niyyətində deyil, əks halda ABŞ-ın Yaxın Şərqdəki nüfuzu təhlükə altında qalacaq. Amerika uzun illərin münaqişəsində bu cür finalla heç vaxt razılaşmaz. Mötədil ərəb müxalifətindən məyus olmuş Pentaqon və ABŞ xüsusi xidmətləri kürdlərə istinad edir. Qətiyyətlə və coşğun hərəkət edən məhz bu qüvvəni Vaşinqtonda layiqincə dəyərləndiriblər. Öz müqəddəratını təyin etməyə can atan, motivləşdirilmiş kürdlər Yaxın Şərqdə işləməyə ABŞ üçün ideal alətdir.
Briqada generalı, Sərhəd gözətçiləri komandanı Qasim Rzai İranın şimal-qərbində qanunsuz birləşmələrin fəallaşdığından danışıb: “Sərhədçilər ölkənin şimal-qərb hissəsində silah, döyüş sursatı və partladıcı qurğular daşıyan 30 at və qatır aşkarlayıb”.
Sərhədyanı zonada narahatlıq var, “Kürdüstan azad həyat partiyası”yaraqlılarının Türkiyə ərazisindən sızdığı qeyd olunur. İran generalı hesab edir ki, bu əməllərin təşkilatçısı ABŞ xüsusi xidmətləridir. O həmçinin kürd üsyançıların İrana sızmasının qarşısını almayan Türkiyənin də məsuliyyətini bərtərəf etmir. Tehran Bakını da sərhəd pozucularına yardımda günahlandırır.
Türkiyə prezidenti Rəcəb Ərdoğanın özü də yaranmış durumdan fərəhlənmir, Ankaranın böyründə müstəqil kürd dövlətinin meydana çıxması onun planlarına daxil deyil. Türkiyə lideri bildirib: “Biz “Fərat qalxanı” əməliyyatı vasitəsilə Suriyada terrorizmin qəlbinə xəncər soxmağa və əməliyyat zonasını genişləndirməyə qətiyyətlə köklənmişik. Ən yaxın vaxtlarda bu yöndə yeni addımlar atacağıq”.
Türkiyə və ABŞ maraqlarının aşkar şəkildə həlledilməz münaqişəsi qeydə alınır və deyəsən, Vaşinqton NATO üzrə öz müttəfiqinə əl uzatmağa hazırlaşmır. Ankara öz növbəsində kürd məsələsini sərt güc üsulu ilə həll etməyi planlaşdırır. Bu isə müharibənin yeni burumudur.

Bu xəbər oxundu
- - -