Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ermənistana üz tutan suriyalı ermənilərin ağır taleyi

10.08.17, 10:29
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İsveçrəli jurnalist Mihael Vraze «Luzerner Zeitung»da dərc edilmiş «Vətənə» qayıdış» adlı reportajında yeni sığınacaq tapmaq ümidi ilə Ermənistana üz tutan suriyalı ermənilərin ağır taleyindən bəhs edib.
Məqalədə 2012-ci ildən etibarən 20 mindən çox suriyalı erməninin Ermənistana üz tutduğu qeyd edilir.
Guya, Ermənistan Suriyadakı vətəndaş müharibəsindən qurtulmağa çalışan ermənilərə nəinki siyasi sığınacaq verməyə, hətta pasportlarla təmin olunmalarına şərait yaratmağa hazır imiş... Reallıq isə tamam əksini deyir.
Erməni qaçqınlarının demək olar ki, hamısı Hələb şəhərindən qaçmışlar. «Onlardan təqribən 16 min nəfərə yaxını Ermənistanda qalıb. Əksəriyyətinin vəziyyəti müharibədən öncəki Suriyadakı vəziyyətdən qat-qat acınacaqlıdır», – deyə məqalədə qeyd olunur.
«Hələbdə mənim məşhur bir avtomobil emalatxanam var idi», – deyə müəllif hazırda Ermənistanın boğanaqlı yeraltı keçidlərindən birində paxlava satan Ovanes Degirmengyanın sözlərini sitat gətirir.
«Onun qazancı çox aşağıdır. Yaşı 50-ni xeyli ötmüş Ovanesin beş nəfərdən ibarət ailəsini dolandırmaq üçün qeyri-hökumət təşkilatlarının köməyi olmadan baş çıxarması mümkünsüzdür. Həmin QHT-lər Ermənistan hökumətinin qaçqınların inteqrasiyasına dair vəzifələrini öz üzərinə götürmüşlər. «Aleppo-ngo.org» kimi QHT-lər Beyrutdan Ermənistana axışan qaçqınlar üçün aviabiletlər təşkil edir, Ermənistan paytaxtında məskunlaşdıqları evlərin kirayə haqqını ödəyir və işə düzəlmələrinə yardım edir», – deyə məqalədə qeyd olunur.
«Yeni gələnlərin demək olar ki, hamısı burada bir-iki ay qalacaqlarını, sonra isə yenidən Suriyaya qayıdacaqlarını zənn edirdi», – deyə humanitar təşkilalardan birinin mətbuat katibi Sarkis Balxyan məqalə müəllifi isveçrəli jurnalistə bildirmişdi.
Hər üçüncü adamın işsiz olduğu bir ölkədə həyatlarını yenidən qurmaq məcburiyyətində qalmaları suriyalı ermənilər üçün əsl şok olmuşdur.
«Yerli ermənilər bizim doğma evimizdə olduğumuzu hiss etməyimizə imkan vermir. Onlar bizim nəyə isə iddialı olduğumuzu, onları nədənsə məhrum etmək niyyətində olduğumuzu düşünür», – deyə Sevak Sarkis adlı qaçqınlardan biri giley edir.
Sevakın atası Suriyaya qayıtmağı arzulayır: «Müharibə dayanan kimi, birinci mən geriyə qayıdacağam», – deyə o, «erməni vətənini» tamamilə başqa cür təsvir etdiyini qeyd edərək, təəsüfflə bildirir.
Mihael Vraze məqaləsində Hələb əsilli suriyalı qaçqın Anna İstanyandan da sitat gətirir. Belə ki, Anna da öz gələcəyini Ermənistandan xaricdə görür: «İstər iş baxımından, istərsə də yaşamaq baxımından bura həddindən artıq darısqaldır. Perspektiv çatışmazlığı var, irəli getmək şanslarının bol olduğu Avropa ilə ABŞ-dan fərqli olaraq, burada elə imkanlar yoxdur». Anna «vətən» olan Ermənistanın onun üçün Suriyadan «qızıl Qərbə» aparan yolda sadəcə bir aşırım, bir keçid olduğunu bildirir.

Bu xəbər oxundu
- - -