Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Lütfi Zadənin vəsiyyəti hamını kövrəltdi“

10.08.17, 11:44
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Aydın Mirzəzadə: “Onun vətənində dəfn edilməsini istəməsi Azərbaycan üçün böyük şərəfdir”


“Lütfi Zadə Azərbaycan xalqının tarixi boyu yetişdirdiyi ən dəyərli və görkəmli simalardan biridir. Azərbaycan xalqı belə bir oğlunun olması ilə həmişə fəxr edib. Onun vətənində dəfn edilməsini istəməsi Azərbaycan üçün böyük şərəfdir”.
Bunu millət vəkili Aydın Mirzəzadə deyib. Lütfi Zadənin körpə olarkən Azərbaycandan getdiyini xatırladan deputat deyib ki, onun Azərbaycana sevgisi, bağlılığı hər birimiz üçün böyük nümunə və öyrəniləsi dəyərdir: “Azərbaycan dünyada yaşayan bütün azərbaycanlıların vətənidir. Vacib deyil ki, azərbaycanlıların hamısı Azərbaycanda yaşasın, ancaq hər birinin Azərbaycana bağlılığını göstərməsi arzuolunandır. Lütfi Zadə ABŞ kimi nəhəng və nüfuzlu bir ölkənin olduqca strateji əhəmiyyətli sahələrində O, siyasətlə məşğul olmasa da, Azərbaycana tez-tez səfər etməsə də, Azərbaycana olan sevgisini xüsusi bildirməsi böyüklüyündəndir”.
A.Mirzəzadə qeyd edib ki, Lütfi Zadə vəsiyyətində içində olan Azərbaycan sevgisini göstərdi: “Onun vəsiyyətini açıqlaması dünyada yaşayan bütün azərbaycanlıları kövrəltdi. Biz ona uzun ömür arzulayırıq. Ancaq, bununla belə bizlərdən asılı olmayan gələcək qorxulu bir gündə Azərbaycan özünün şərəfli övladına qucaq açmağa hazırdır. Hesab edirəm ki, bu gün Lüfi Zadədə hansısa bir qüsur axtarmağın özü ən böyük qüsurdur. İstənilən millət Lütfi Zadə kimi nəhəng bir şəxsiyyətin ana vətəni olmasından, onun etnik mənsubiyyəti olmasından fəxr duyardı. Ancaq, o azərbaycanlıdır. Azərbaycan dövləti, xalqı ona olan sevgisini həmişə göstərib və bundan sonra da göstərəcək”.
Millət vəkili vurğulayıb ki, Lütfi Zadə adı bu gün bir brendə, azərbaycançılıq simvoluna çevrilib: “Lütfi Zadə nümunəsi Azərbaycan xalqının nümayəndələrinin dünya səviyyəsində ən yüksək ada, ən yüksək şöhrətə malik olması mümkünlüyünü göstərir. Lütfi Zadə dünyadakı Azərbaycan gəncləri üçün öndə gedən bir mayak olub. Bu gün Lütfi Zadədən nümunə götürərək dünyanın müxtəlif ölkələridə ayrı-ayrı sahələrində uğur qazanan çoxlu sayda azərbaycanlı var. Ona görə də Lütfi Zadə nümunəsi həm çalışdığı sahədə uğur qazanmaq, həm də mənsub olduğu xalqa, mədəniyyətə şərəflə xidmət etmək, ona bağlılıqdan qürur duymağın gözəl bir nümunəsidir”.

Bu xəbər oxundu
- - -