Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

BAXCP sədri Elçin Mirzəbəylini təbrik edib

11.08.17, 8:58
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylini 50 illik yubleyi münasibətilə təbrik edib.
Təbrikdə deyilir:”Hörmətli Elçin bəy!
Sizi 50 illiyiniz münasibətilə təbrik edirəm! Siz SSRİ-ni süquta uğradan və Azərbaycana dövlət müstəqilliyi qazandıran xalq hərəkatının fəal iştirakçılarından olan şəxslərdənsiniz! Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurulmasında ,partiyanın ideyalarının ictimaiyyətə çatdırılmasında da böyük xidmətləriniz vardır! Siz siyasi fəaliyyətinizlə yanaşı, həm də “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru və dəyərli şairsiniz! Yazdığınız məqalələrlə,müəllif verlişlərinizlə,çıxışlarınızla yetkin ,vətənpərvər Azərbaycan vətəndaşının formalaşması üçün əsl fədəkarlıq göstərmisiniz. Şerləriniz Azərbaycan insanında yüksək bədii zövqün formalaşmasına öz tövhəsini vermişdir.Yüksək intellektli yaradıcı insan kimi uzun illər partiyamız və cəmiyyətimiz üçün çalışmış,bütöv ,demokratik və qüdrətli Azərbaycan üçün heç nə əsirgəməmisiniz.Türk dünyasının birliyi üçün etdikləriniz də heç zaman unudulmayacaqdır.
Əziz dostumuz ,Sizi BAXCP və öz adımdan bir daha təbrik edir ,möhkəm can sağlığı və uğurlar arzu edirəm.
Hörmətlə BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev”.

Bu xəbər oxundu
- - -