Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İŞİD-dən qurtulan Mosulun gələcəyi

11.08.17, 9:12
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Minlərlə insan şəhərə dönməkdən niyə qorxur?

Bir ay əvvəl İraq baş naziri Heydər İbadi Mosulun qurtuluşunu elan edib. Amma artıq şəhəri yenidən inşa etmə işinin necə çətinlik olduğu da ortaya çıxır. Böyük dağıntıya səbəb olan səkkiz aylıq döyüşdən sonra, dolanışıq qaynaqlarını yenidən yaratmaq İraq hökuməti üçün əsas məsələdir. 1,5 milyonluq əhalisinin böyük əksəriyyətinin hələ geri dönmədiyi Mosulda yenidənqurma və onu sabitliyə qovuşdurmanın vacibliyi həmişəkindən daha böyükdür.

“Anadolu News Agency” yazır ki, ən böyük maneə Mosulun təhlükəsizlik ehtiyaclarının təmin edilməsi və xalqın təhlükəsizlik güclərinə duyduğu güvənin yenidən təsis olunmasıdır. İŞİD-in ələ keçirdiyi bölgələrin geri alınmasını qarşısına məqsəd qoyan hərəkatda “Haşdi-Şəabi”nin intiqam alacağına dair bir qorxu var.
Doğrudur, “cəzalandırma”ya dair hadisələr məhduddur. Çünki Mosul məzhəb qarşıdurmalarından xeyli uzaqda dayanır. Əhəmiyyətli bir detal da Mosul hərəkatının iraqlı təhlükəsizlik gücləri tərəfindən, “Haşdi-Şəabi”nin iştirakı olmadan reallaşdırmasıdır.
Həqiqətən də “Qızıl briqada” adlı hərbi birliyin həyata keçirdiyi əməliyyatlar və şəhərdə addım-addım irəliləyərkən, mosulluları qorumaq üçün göstərdikləri səylər xalqdan böyük dəstək alıb.
Zəfərlə gələn mənəvi dəstək ölkə səviyyəsində hiss edilsə də, həm yerli, həm də milli səviyyədə səlahiyyətlilərin, yerli xalqın etibarını qazanacaq dərəcədə siyasi bir irəliləmə təmin edə bilməyəcəyi məsələsi canlılığını qoruyur.
Mosulu geri alma savaşında baş verən dağıntının ölçüsünü mübaliğəli ifadələrə söyləmək çox çətindir. Xüsusilə Qərbi Mosulda savaş binalara və infrastruktura çox böyük zərər verib. Şəhəri yenidən inşa etmək, uzun illər davam edəcək və yerli idarəçilər, milli orqanlar və beynəlxalq ianəçilər arasında güclü bir koordinasiya ilə bərabər, milyardlarla dollar vəsait tələb edən nəhəng bir işdir.
İraq təcrübəsində keçmişdə sui-istifadə, pis idarəçilik və təhlükəsizlik problemləri kimi məsələlərdə başağrılar çox olub, bu qüsurların aradan qaldırılması üçün həm baş nazir, həm də kabineti, həmçinin beynəlxalq aktyorlar çox böyük səy göstərmək məcburiyyətində qalacaq.
Planlaşdırma naziri Salman əl-Cumeyli Mosul və İŞİD-dən azad edilən digər yerlərə dair 10 illik inkişaf planını açıqlayıb. Bu planın xərci təxminən 100 milyard dollar olacaq. Fondlar yerli gəlirlər, beynəlxalq kreditlər və qrantlarla təmin ediləcək. Ancaq bu plan ölkənin zəif iqtisadi vəziyyətinə baxıldıqda, çox iddialıdır.
İraq iqtisadiyyatı hələ böyük ölçüdə neft gəlirlərini asılıdır. Hökuməti 100 milyard dollarlıq hədəfə çatmaqda böyük çətinlik yaşayacaq.
Mosuldan və İraqdakı digər bölgələrdən çıxarılsa da, İŞİD-ın İraqdakı varlığı qətiliklə hələ sona çatmayıb. Təşkilat asimmetrik döyüş rejiminə geri dönür.
Son üç ildə məzhəbi gərginliklər və təşkilatın müqavimət taktikası mövzusunda əvvəldən əldə etmiş olduğu uğurlar təhdidin illərlə davam edəcəyini göstərir. Bu təşkilat özünü dəyişən şərtlərə adaptasiya edə bilmə qabiliyyətinə sahibdir.
Əyalət və parlament seçkiləri yaxınlaşarkən, İŞİD böyük ehtimalla, bütün təşkilati proseslərin və irəliləmənin qarşısının alınmasını təmin etmək üçün hərəkətə keçəcək. Çox əhəmiyyətli infrastruktur ünsürlərini da hədəf almağa davam edəcək. Bunlara bir nümunə, Mosulun minalanmış su şəbəkəsidir. Amma əsas infrastruktur xidmətlərinin təhlükəsizliyinin və sabitliyin təmin edilməsi İŞİD-ı yox edəcək.
İraqlı rəsmilərin şəhəri sabitliyə qovuşdurma və yenidənqurma müddətini başlamaq üçün göstərəcəyi səy və qeyrət bu mərhələdə son dərəcə əhəmiyyət kəsb edir. Hökumətin başlanğıc olaraq təsdiqlədiyi 26 tikinti layihəsindən bir neçəsinə artıq start verməsi və təhlükəsizliyin yenidən təsisi bölgədəki əhalinin güvəninin təmin edilməsi yerindən-yurdundan olmuş minlərlə insanı Mosula geri dönməyə təşviq edəcək.

Bu xəbər oxundu
- - -