Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Həmsədrlər nazirlərin görüşünə hazırlaşır

16.08.17, 8:16
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Həmsədrlər hər il etdikləri kimi, hazırda BMT Baş Assambleyası çərçivəsində Nyu Yorkda xarici işlər nazirlərinin görüşünün təşkili üzərində işləyirlər”.
Bu sözləri APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib.
"Biz ümid edirik ki, Azərbaycan və Ermənistan prezidentləri tezliklə birbaşa danışıqları bərpa edəcəklər" , - deyə o, bildirib.
Riçard Hoqland prezidentlərin BMT Baş Assambleyası çərçivəsində görüşünün planlaşdırılması barədə məlumatı olmadığını söyləyib.
Riçard Hoqland Trend-ə açıqlamasında isə bildirib ki, ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün münaqişə tərəfləri ilə işə sadiqdir.
O qeyd edib ki, ərazilərin geri qaytarılması, azərbaycanlı qaçqın və məcbur köçkünlərin öz torpaqlarına qayıtması, güc tətbiq edilməməsi və Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələləri hərtərəfli həll prosesinin vacib tərkib hissələridir və tərəflər bunları müzakirə etməlidirlər:
"Məhz buna görə də ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birgə çalışırıq ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü tez bir zamanda təşkil edək. Mən xatırlatmaq istərdim ki, həmsədrlər vasitəçidir. Biz tərəfləri yekun qərar qəbul etməyə məcbur edə bilmərik".
Riçard Hoqland onu da bildirib ki, yaxın həftələrdə və aylarda diplomatik fəaliyyətin genişlənəcəyi müddətdə həmsədrlər danışıqların yüksək səviyyədə təmin olunması üçün bir sıra bəyanatlar verəcək.

Bu xəbər oxundu
- - -