Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İndoneziya ermənilərin Qarabağdan çıxmasını istəyir

16.08.17, 12:54
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov İndoneziya səfiri Hüsnan Bəy Fanani ilə görüşüb.
Trend-in məlumatına görə, görüşdə Azərbaycan ilə İndoneziya arasında ikitərəfli əlaqələrin sürətlə inkişaf etdiyini deyən Əli Həsənov İndoneziyanın Azərbaycanın müstəqilliyini ilk tanıyan dost ölkələrdən biri olduğunu, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində yaxşı əməkdaşlıq etdiyini vurğulayıb.
Əli Həsənov ölkələrimiz arasında siyasi, iqtisadi, təhsil, mədəni, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlıq əlaqələrinin mövcud olduğunu və bu əlaqələrinin daha da genişləndirilməsinə böyük ehtiyac olduğunu bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Baş nazirin müavini qeyd edib ki, bu problemin həll edilməsi ilə bağlı dünyanın nüfuzlu beynəlxalq təşkilatları qərarlar qəbul edib: “Ancaq bunların heç bir nəticəsi yoxdur. İşğalçı Ermənistan beynəlxalq sənədlərə məhəl qoymayaraq qeyri-konstruktiv mövqe tutaraq hələ də torpaqlarımızı işğal altında saxlayır”.
Görüşdə Əli Həsənov bildirib ki, bu gün dünyadakı konflikt zonalarına nəzər salsaq görürük ki, müsəlman ölkələrini bir-birinə qarşı qoyurlar və bu konfliktlərdə ölənlərin əksəriyyəti müsəlmanlardır: “Məhz elə buna görədə Azərbaycan Prezidenti İlham Əliyev həmişə müsəlman ölkələrinin birliyini vacib sayıb.Əgər bu həmrəylik güclənməsə bu proseslər elə bu cür də davam edəcək”.
Səfir Hüsnan Bəy Fanani qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirib. Xalqlarımızın eyni dinə və oxşar mədəni dəyərlərə malik olduqlarını vurğulayan səfir iki ölkə arasında müxtəlif sahələrdə mövcud olan əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.
Səfir ölkəsinin dünyanın ən böyük müsəlman ölkəsi kimi Prezident İlham Əliyevin həmrəyliklə bağlı çağrışlarını dəstəklədiklərini diqqətə çatdırıb və qeyd edib ki, İndoneziya hər zaman Azərbaycanın ərazi bütövlüyünü, Ermənistanın işğal olunmuş ərazilərimizdən çıxarılması ilə bağlı ölkəmizin haqlı mövqeyini dəstəkləyir.

Bu xəbər oxundu
- - -