Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

DSX və DİN-dən birgə əməliyyat

16.08.17, 14:02
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycanın sərhəd təhlükəsizliyinin təmin edilməsi, dövlət sərhədindən terror-təxribat fəaliyyətinin qarşısının alınması istiqamətində Dövlət Sərhəd Xidmətinin (DSX) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları birgə əməliyyat-axtarış tədbiri həyata keçirib.
DSX-nın mətbuat mərkəzindən verilən məlumata görə, "Şəmkir" sərhəd dəstəsinin "Keşikçidağ" sərhəd zastavasının xidməti ərazisində gizlədilən halda istifadəyə yararlı olan 1 ədəd "Naqan" tipli tapanca, 2 ədəd siqnal tapancası, avtomat daraqları, külli miqdarda patron və digər hərbi sursat aşkar edilərək götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bu xəbər oxundu
- - -