Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

TANAP Türkiyədə 91 kəndin içməli suyu üçün qrant ayıracaq

17.08.17, 12:13
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan qazını Türkiyəyə və buradan Avropaya daşıyacaq “TANAP Doğalgaz İletim A.Ş.” şirkəti sosial və ətraf mühit investisiya layihələri çərçivəsində Türkiyədə 91 kəndin içməli suyu üçün 15,4 mln. lirə məbləğində qrant ayıracaq.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Konya Ovalığı Layihəsindən (KOP) bildirilib.
“TANAP Doğalgaz İletim AŞ” Konya Ovalığı Layihəsi Bölgə İnkişaf İdarəsi Rəhbərliyinin Kırşehir, Kırıkkale, Yozqatdakı 91 kənddə koordinasiya edəcəyi içməli su layihələrinə 15,438 mln. lirə qrant verəcək.
Bununla bağlı KOP Bölgə İnkişaf İdarəsi rəhbəri İhsan Bostancı və “TANAP Doğalgaz İletim A.Ş.”nin baş direktoru Saltuk Düzyol arasında protokol imzalanıb.
Xatırladaq ki, TANAP Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. Kəmər Türkiyə-Yunanıstan sərhədindən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşəcək.
2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə TANAP-ın təməli qoyulub. 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılan boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin təxminən 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Əskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını "BOTAŞ" şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir. Kəmərin 19 km-lik hissəsi Mərmərə dənizindən keçəcək.

Bu xəbər oxundu
- - -