Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Kərrubinin tələblərindən biri yerinə yetirilib

18.08.17, 13:39
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İrandakı “yaşıl hərəkat”ın 6 ildən çoxdur ev dustaqlığında saxlanılan əsas liderlərindən sayılan Mehdi Kərrubi, tələblərindən biri yerinə yetirildikdən sonra quru aclıq aksiyasını dayandırıb.
Bu barədə Mehdi Kərrubinin oğlu Məhəmmədtağı Kərrubi avqustun 17-si axşam saatlarında jurnalistlərə açıqlama verib. O bildirib ki, hökumət, təhlükəsizlik əməkdaşlarının atasının saxlanıldığı evdən çıxması tələbi ilə razılaşıb və buna təzminat verib: “Səhiyyə naziri Həsən Qazizadə Haşimi və ETTELAAT nazirinin müavini Purfəllah atamın yatdığı xəstəxanaya gedib onunla görüşüb danışıqlar aparıblar. Onlar, təhlükəsizlik əməkdaşlarının evdən çıxması ilə razılaşdıqdan sonra atam aclığı dayandırıb. Bundan başqa, Həsən Ruhani hökuməti atamın digər tələbi, yəni ona açıq və şəffaf məhkəmə keirilməsi istəyinin gerçəkləşdiriləcəyinə çalışacağı barədə vədlər verib.
Həkimlərin bildirdiyinə görə atamın səhhəti zəifləyib və o hələ 28 saat da reanimasiya bölməsində həkimlərin nəzarətində saxlanılmalıdır. Hər halda hesab edirəm ki, atamın ev dustaqlığına son qoyulmasa və indiki vəziyyət davam etsə, atamın əleyhinə qarşı irəli sürülən ittihamlara cavab verməsi və onun özünü müdafiə edə bilməsi üçün fürsət və imkan verilməlidir”.
80 yaşlı Mehdi Kərrubi, ona qarşı göstərilən psixi təzyiqlərə, həbs müddətinin uzun çəkməsinə və təhlükəsizlik əməkdaşlarının bütün sutka ərzində onun qaldığı evdə onunla birgə qalıb onun hər bir hərəkətinə nəzarət etməsinə etiraz əlaməti olaraq avqustun 16-sı axşam saatlarından quru aclıq aksiyasına başlamışdı. Quru aclığa başlamasının ardınca, Kərrubinin qan təzyiqi kəskin qalxmasından sonra, o avqustun 17-si saat 1 radələrinə ETTELAAT əməkdaşlarının müşayiəti ilə yenidən xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, Mehdi Kərrubi son bir ayda ürəyində yaranmış nasazlığa görə iki dəfə xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.
Mehdi Kərrubi, 2009-cu ildə ölkədə keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlardan az sonra hərəkatın əsas lideri kimi tanınan Mirhüseyn Musəvi və xanımı Zəhra Rəhnəvərdlə eyni vaxtlarda tutulub. O, həmin vaxtdan barəsində hər hansı bir məhkəmə qərarı olmadan 6 ildən çoxdur ETTELAAT-ın birbaşa nəzarətində olan ev dustaqlığında saxlanılır.

Bu xəbər oxundu
- - -