Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İspan nəşri Azərbaycandan üzr istəyib

22.08.17, 14:17
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İspaniyanın “Marca” nəşri "Qarabağ"a görə Azərbaycandan üzr istəyib.
Səfirlikdən verilən məlumatda bildirilir ki, nəşrin "Futbol sərhədləri aşanda” adlı məqaləsində Dağlıq Qarabağın Azərbaycana tabe olmayan ərazi kimi, “Qarabağ” futbol klubunun isə həmin əraziyə məxsusluğu ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yer alıb.

““Marca” nəşrinin redaksiyası ilə əlaqə saxlanılaraq, sözügedən məqalədə yer alan məlumatlara etiraz edilib. Eləcə də həmin məlumatların korreksiya edilməsi və ya mətndən çıxarılması ilə bağlı baş redaktora yazılı müraciət ünvanlanıb. “Qarabağ” futbol klubu da məsələ ilə bağlı “Marca” nəşrinə öz etirazını bildirib. Görülən təxirəsalınmaz tədbirlər və səylər nəticəsində, “Marca” nəşri bu gün adıçəkilən məqalədə müvafiq dəyişikliklər etməklə üzrxahlığını ifadə edib”, - deyə səfirlikdən bildirilib.

Bu xəbər oxundu
- - -