Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Flora Kərimovadan Zeynəb Xanlarovaya yenə sərt sözlər

24.08.17, 10:02
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Zaman-zaman mətbuatda sənətkarlar arasında müəyyən söz-söhbətlər yarandığının, hətta düşmən səviyyəsinə çatdıqlarının şahidi olmuşuq. Xalq artistləri Flora Kərimova və Zeynəb Xanlarova da həmin sənətkarlardandır.
"Zeynəb Xanlarovanın sənəti, səsi varmı ki, oxusun? Sənətdə olmasına görə o, Ələkbər Tağıyevə borcludur”.
Bu sözləri bir müddət bundan qabaq Flora Kərimova bildirmişdi. Buna baxmayaraq Z.Xanlarovanın barışmaq üçün addım atdığını deyənlər də var.
Maraqlıdır, xalq artistləri aradakı buzları əridə bilibmi? Doğurdanmı barışığa imza atılıb?
F.Kərimova bununla bağlı Modern.az-a açıqlama verib. O bildirib ki, Zeynəb Xanlarova və ya başqaları tərəfindən barışmaq üçün irəli sürülən təşəbbüslərdən xəbərdar deyil:
“Zeynəb Xanlarova mənim üçün heçdir, yoxdur. Ona görə də onunla bağlı nə varsa, məni maraqlandırmır. O heç vaxt mənə düşmən ola bilməz. Heç o qüdrətdə də deyil. Haralara yazır yazsın, ya da harada səsimi batırmaq istəyirsə istəsin, bir varlıq kimi Zeynəb Xanlarovanın mənə gücü çatmaz. O indiyə qədər mənə sataşdı və cavabını da aldı. Bundan sonra Allahın yanına qalxsa da, mənimlə bacarmayacaq”.

Bu xəbər oxundu
- - -