Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Moskvada ilk dəfə “Leyli və Məcnun” operası nümayiş etdiriləcək

24.08.17, 10:40
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Moskvalı tamaşaçılar dahi bəstəkar Üzeyir Hacıbəylinin XVI əsr Azərbaycan poeziyasının klassiki Məhəmməd Füzulinin eyniadlı poeması əsasında yazdığı “Leyli və Məcnun” operasına baxmaq imkanı qazanacaqlar. Tədbirin təşkilatçısı Azərbaycan Mədəniyyət Studiyasıdır (AzStudia).
Studiyadan bildirilib ki, əsərin premyerası oktyabrın 16-da “Crocus City Hall”un konsert zalında olacaq. Baş rolları Azərbaycanın Xalq Artisti Mənsum İbrahimov və gənc vokalçı Arzu Əliyeva ifa edəcək. Operanın quruluşçu rejissoru Azərbaycanın Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev, quruluşçu rəssamı Xalq Rəssamı Rafiz İsmayılov, xormeysteri Sevzixan Serderov, baletmeysteri Yuliana Əlikişizadədir.
Azərbaycanda ilk dəfə 1908-ci ildə səhnəyə qoyulan “Leyli və Məcnun” həmin vaxtdan etibarən opera sənətinin daim arzulanan repertuar əsərlərindən birinə çevrilib.

Bu xəbər oxundu
- - -