Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Tramp meksikalıları ən cinayətkar millətlərdən biri adlandırdı

28.08.17, 10:42
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ prezidenti Donald Tramp meksikalıları dünyanın ən cinayətkar millətlərindən biri adlandırıb və qeyd edib ki, buna görə də ABŞ və Meksika arasında divar olmalıdır. Bunu o, Tvitterdə yazıb. "Biz Meksika ilə, hansı ki, dünyada ən kriminallaşmış millətlərdən biridir, DİVARA malik olmalıyıq", - deyə “Rosbalt” Trampdan sitat gətirib.
ABŞ-ın Nümayəndələr Palatası yayın əvvəlində Meksika ilə sərhəddə divar tikintisinə vəsait ayrılması barədə qanun qəbul edib. Trampın planına görə, divar Meksika ilə sərhədin ümumi uzunluğunun 50%-ni əhatə etməlidir. Onun tikintisinə 20 milyard dollardan çox vəsaitin xərclənəcəyi gözlənilir.

Bu xəbər oxundu
- - -