Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“İranın təhlükəsizliyini biz təmin edirik”

28.08.17, 10:50
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Ruhulla Həzrətpur İran Təhsil Nazirliyinin müəllimlik peşəsinə qəbul olmaq üçün irəli sürdüyü irqçi şərtlərə etiraz edib.
Deputat öz etirazını İnstaqram səhifəsi vasitəsilə dilə gətirib.
“Bu ölkənin təhlükəsizliyini ləhcəsi olan kişilər təmin edir. İranın müdafiəsi məsələsi gündəmdə olduğu zaman, kimsədən onun ləhcəsi barədə soruşulurmu?!”- deyə o bildirib.
Qeyd edək ki, İran Təhsil Nazirliyi türk ləhcəsi olan müəllimlərin işə qəbul edilməyəcəyini açıqlayıb. Tehranın bu addımı ölkədə kəskin etirazlara səbəb olub.

Bu xəbər oxundu
- - -