Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Türkiyədə bir həftədə 571 terrorçu tutulub

28.08.17, 11:33
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Son bir həftə ərzində Türkiyədə terror təşkilatları ilə mübarizə çərçivəsində hüquq-mühafizə orqanları tərəfindən 1094 əməliyyat keçirilib.
“Anadolu” agentliyi xəbər verir ki, əməliyyatlarda 34 terrorçu zərərsizləşdirilib. Eyni zamanda terrorçulara kömək etdiklərinə görə 127, İŞİD terror təşkilatı ilə əlaqəli olduqları güman edilən 44 şəxs həbs edilib. FETÖ ilə mübarizə çərçivəsində isə 400 şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Türkiyənin Bingöl, Hakkari və Diyarbəkir bölgələrində həyata keçirilən əməliyyatlarda terrorçular tərəfindən istifadə edilən 9 sığınacaq, 351 kiloqram partlayıcı maddə, 32 qumbara, 3415 müxtəlif silah tapılıb.

Bu xəbər oxundu
- - -