Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bəzi mallar idxal gömrük rüsumundan azad edilib

28.08.17, 14:55
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Qeyri–neft sektorunda istehsalın təşviqi məqsədilə bəzi mallar idxal gömrük rüsumlarından azad olunub.
Nazirlər Kabinetinin 2017-ci il 24 avqust 337 nömrəli Qərarına əsasən, “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarında dəyişiklik edilib. Nazirlər Kabinetinin sözügedən Qərarı qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, bu sahəyə dövlət dəstəyinin daha da gücləndirilməsi, yeni və müasir texnologiyaların təşviq edilməsi məqsədini daşıyır.
Qeyd edək ki, gömrük rüsumlarından azad edilən malların siyahısına Safqanlı cins iribuynuzlu diri heyvanlar, Safqanlı cins diri qoyunlar, Safqanlı cins diri keçilər, çəkisi 185 qramdan artıq olmayan ana və əcdad cinsi xətti ilə çoxaldılan ev toyuqlarının (Gallus domesticus) cücələrinin yumurtlayan növləri, çəkisi 185 qramdan artıq olmayan ana və əcdad cinsi xətti ilə çoxaldılan ev toyuqlarının (Gallus domesticus) cücələrinin digər növləri daxil edilib.
Həmçinin toxumluq soya paxlaları, əkin üçün günəbaxan toxumu, əkin üçün şəkər çuğunduru toxumu, qırmızı üçyarpaq yonca toxumu (Trifolium pretense L.), yem çuğundurunun toxumu (Beta vulgaris var.alba), gübrələr, kənd təsərrüfatında istifadə edilən insektisidlər, rodentisidlər, funqisidlər, herbisidlər, bitkilərin boyartımına qarşı və boyartımını tənzimləyən vasitələr (3808 94 yarımmövqeyində göstərilən dezinfeksiyaedici vasitələrdən başqa), kənd təsərrüfatı məhsulları üçün quruducular, süd separatorları, qida sənayesində istifadə edilən suyun filtrlənməsi və ya təmizlənməsi üçün avadanlıqlar və qurğular idxal gömrük rüsumundan azad edilib.
Bundan başqa, ərzaq məhsullarının istehsalında istifadə olunan butulkaların və ya digər tutumların yuyulması və ya qurudulması üçün avadanlıqlar, ərzaq məhsullarının istehsalında istifadə olunan avadanlıqların hissələri, kənd təsərrüfatı və bağçılıq üçün suvarma qurğuları, traktorlara qoşmaq və ya traktorlara yedəkləmək üçün nəzərdə tutulmuş toz tozlandırıcıları və səpələyiciləri, daşınan və digər qurğular, xüsusi olaraq kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş səpələnən materiallar üçün pnevmatik qaldırıcılar və konveyerlər, xüsusi olaraq kənd təsərrüfatı traktorlarına qoşmaq üçün hazırlanmış yükləyici qurğular, kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı maşınları, torpağın hazırlanması və işlənməsi üçün maşınlar (8432 80 000 1 alt yarımmövqeyində göstərilən qazon və idman meydançaları üçün katoklar istisna olmaqla), kənd təsərrüfatı bitkilərinin yığılması və ya döyümlənməsi üçün maşınlar və ya mexanizmlər, pres çeşidləyici, küləş və samanı kiplərə bağlayan preslər də daxil olmaqla; otbiçənlər, yumurtaların, meyvələrin və ya digər kənd təsərrüfatı məhsullarının təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınlar (8433 11 və 8433 19 yarımmövqelərində göstərilən qazonlar, parklar və ya idman meydançaları üçün otbiçənlər istisna olmaqla), sağıcı qurğu və aparatlar, südün emalı və təkrar emalı üçün avadanlıqlar da siyahıda yer alıb.
Həmçinin kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı, quşçuluq və ya arıçılıq üçün avadanlıqlar, toxumların cücərdilməsi üçün mexaniki və ya qızdırıcı qurğulu avadanlıqlar da daxil edilməklə, digərləri; quşçuluq üçün inkubatorlar və bruderlər, toxum, taxıl və ya quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınlar; unüyütmə sənayesi üçün avadanlıqlar və ya taxıl və quru paxlalıların emalı üçün avadanlıqlar, kənd təsərrüfatı fermalarında istifadə olunan avadanlıqlardan başqa, bu qrupda başqa yerdə adı çəkilməyən və ya təsnif olunmayan yeyinti məhsullarının və ya içkilərin istehsalı və ya hazırlanması üçün avadanlıqlar, heyvan və ya uçucu olmayan bitki yağlarının və ya piylərin ekstraksiyası və ya hazırlanması üçün avadanlıqlardan başqa idxal gömrük rüsumundan azad olunub.

Bu xəbər oxundu
- - -