Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

ABŞ Rusiyanı qəzəbləndirdi

30.08.17, 9:47
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Pentaqon rəhbəri Ukraynaya hərbi dəstək vəd edib

ABŞ-ın müdafiə naziri Ceyms Mettis Müstəqillik Günü Kiyevə səfər etdi. Heç kim üçün yenilik deyil ki, Tramp administrasiyası öz xarici siyasətilə çoxlu proqnozları təkzib edir. Məsələn, bu həftə Tramp ABŞ-ın Əfqanıstandakı hərbi varlığının sonlandırılmasını deyil, gücləndirilməsini elan etməklə öz seçkiqabağı mühüm vədindən imtina etmiş oldu. “Strateq” “Neue Zürcher Zeitung"ə istinadən yazır ki, Ukraynaya münasibətdə də çoxlu müşahidəçi aldadılmış oldu. Trampın Kreml lideri Putinə aşkar simpatiyası üzündən, ukraynalıların hesabına, məsələn, Rusiyanın Krımı ilhaqı məsələsində sövdələşmələrdən tez-tez danışırlar. Ancaq axır aylar Vaşinqton Ukraynaya güclü dəstək verib.
Müdafiə naziri Ceyms Mettisin Kiyevə avqustun 24-də baş tutan səfəri bunun təsdiqidir. Xüsusi gündə nümayiş məqsədilə edilən bir hərəkət. İlk baxışda səfər elə də diqqətəlayiq görünməyə bilər, xüsusən də ona görə ki, o, iyunda Vaşınqtondakı sammitin və iyulda xarici işlər naziri Reks Tillersonun səfərinin ardınca baş verdi. Lakin Mettisin qısamüddətli səfəri üç səbəbə görə xüsusi diqqətə layiqdir. Birincisi, sabiq general səfər üçün məhz Ukraynanın Müstəqillik Gününü seçdi, o həmçinin təntənəli hərbi paradda iştirak etdi. Bu, onun səfərinə əlavə simvolik güc verdi və Mettis Rusiyanın təhdid etdiyi ölkəni dəstək verəcəklərinə inandırmaq üçün yaranmış məqamdan istifadə etdi. O dedi ki, ABŞ heç zaman Krımın ilhaqını tanımayacaq.
İkincisi, bu onilliklər ərzində Pentaqon rəhbərinin Ukraynaya ilk səfəri idi.Obama dövründə müdafiə nazirlərindən heç biri Ukraynaya gəlməyib, hərçənd bu, Donbasda rusiyameylli ayrılma hərəkatının başlanmasından sonra güclü siqnal ola bilərdi. Üçüncüsü, Mettisin prezident Pyotr Poroşenko və müdafiə naziri Stepan Poltarakla danışıqları həlledici məqamda, Ukraynaya hərbi yardımın genişləndirilməsi haqqında intensiv diskussiyaların fonunda baş tutdu. Mettis təsdiq etdi ki, Vaşinqton gələcəkdə “letal” (öldürücü- red.) müdafiə silahlarının verilməsi imkanlarına baxır.
Ayın əvvəlində Amerika KİV-ləri anonim mənbələrin verdiyi məlumatlar haqqında xəbər yaydılar. Bu məlumatlara əsasən müdafiə və xarici işlər nazirlikləri ukraynalılara silahların, o cümlədən “Javelin” tipli tank əleyhinə idarəolunan raketlərin verilməsi üzərində işləyir. Bu, dəyəri təqribən 50 milyon dollar olan hərbi texnikadır. Mettis Kiyevdə detallara girmədi və gözlənildiyi kimi, o, hər hansı bir razılaşma haqqında açıqlama verə bilməzdi – Vaşinqton bürokratiya dəyirmanı belə sürətlə işləmir. Lakin o, Kiyevdəki öz təəssüratları əsasında tövsiyə verəcəyinə söz verdi. Güman etmirəm, kimsə şübhə edir ki, tövsiyələr müsbət olacaqdır. Aydın olmayan yalnız odur ki, bu addımı Tramp bəyənəcəkmi? Öldürücü silah verməklə hərbi köməyin genişləndirilməsi Trampın indiyədək dəyişməz olaraq davam etdirdiyi Obama kursundan geri çəkilmək olardı. Obama hökumətində də Ukraynanın tank əleyhinə müdafiəsini gücləndirməyə çağıran səslər eşidilirdi. Ancaq Obama həmişə gərginliyin artırılmasından qaçmağa çağıran avropalı müttəfiqlərinə qulaq asdı.
Bu şəkk-şübhə nə Berlində, nə də Parisdə yox olmadı. Lakin Vaşinqtonda belə qorxuları diqqətəalma hazırlığı açıq şəkildə aşağı düşüb. Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker təsdiq edib ki, əlavə Amerika silahının verilməsi Rusiyanı və ya Ukraynanı yeni hücuma təhrik edə bilər, yəni, diplomatik olaraq bu, “tamamilə düzgün deyil”dir.
Kiyevin həmçinin Konqresdə güclü lobbisi var. Bunu bu yaxınlarda Avropanın etirazlarına baxmayaraq, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi üçün, demək olar ki, yekdilliklə səsvermə zamanı görmək olardı. Bundan başqa, Tramp təzyiq altındadır, o, Kremlin Rusiyadakı Amerika missiyasının ixtisarı haqqındakı qərarına müvafiq cavab tapmalıdır – Ukrayna məsələsində kursun sərtləşdirilməsi müvafiq variant ola bilər. Mettis, mübahisəli tank əleyhinə raket məsələsindən asılı olmayaraq, söz verdi ki, ABŞ gələcəkdə Ukrayna ordusunu dəstəkləyəcək. İndiyədək bu, yalnız gecəgörmə cihazları və zirehli yelək kimi “öldürücü olmayan” hərbi təchizat hesabına edilib. Hər gün yeni döyüşlər olur.
Bir də, ABŞ Ukraynada hələ də Volkerin bazar ertəsi (21 avqust – tərc.) Minskdə Rusiyanın səlahiyyətli nümayəndəsi Vladislav Surkovla olan görüşü göstərdiyi kimi, diplomatiyaya stavka edir. Rusiya tərəfi yalnız onu deyib ki, hər iki tərəf Donbasda münaqişənin həlli üçün yeni ideyalar təqdim edib. Lakin ayrı-ayrı məsələlər üzrə razılaşma yoxdur. Təcili surətdə gərginliyin azaldılması lazımdır; demək olar ki, hər gün separatçılar və Ukrayna ordusu arasında döyüşlər gedir. Dərs ilinin başlanması ilə əlaqədar olaraq cümə günü (25 avqust) qüvvəyə minən atəşkəs, ehtimal ki, əvvəlkilər kimi qısamüddətli olacaq. Ümumiyyətlə, Donbasdakı münaqişə bugünədək 10 000-dən çox adamın həyatını əlindən alıb.

Bu xəbər oxundu
- - -