Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Şərqi Azərbaycanda partlayış

31.08.17, 10:07
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Şərqi Azərbaycanın Şəbistər bölgəsinin Vayqan qəsəbəsində kərpic zavodunda partlayış baş verib.
“Yolpress” xəbər verir ki, partlayış piknik qazının partlaması nəticəsində meydana gəlib. Hadisə nəticəsində zavodda qalan 15, 36 və 50 yaşlı 3 qadın işçi yanıq xəsarətləri alıb.
Şərqi Azərbaycan Təcili Yardım Mərkəzindən bildirilib ki, partlayış işçilərin yerləşdiyi otaqda baş verib, yaralılar isə 30-50 % dərəcəli yanıq xəsarəti alıb.
Xəsarət alanlar Təbrizin “Sina” xəstaxanasına köçürülüb, onların vəziyyətinin ağırlaşması ehtimalı var.
Qeyd edək ki, Şərqi Azərbaycan vilayətində Vayqan qəsəbəsində 5000-dən çox əhalisi var onların əksəriyyəti kərpic zavodlarında işləyirlər.

Bu xəbər oxundu
- - -