Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Hoqlandın bəyanatında yenilik yoxdur“

31.08.17, 14:49
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Amerikalı həmsədr Riçard Hoqlandın bəyanatında heç bir yenilik yoxdur. Həmin fikirlərə Rusiya, ABŞ və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı öz birgə bəyanatlarında dəfələrlə istinad ediblər".
Bu sözləri keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"ABŞ-ın yeni həmsədr təyin etməsinə gəldikldə isə, biz hunu alqışlayırıq. Yenilənmiş tərkibdə ATƏT-in Minsk qrupu Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində səylərini davam etdirəcək. Ümid edirik ki, indiyə kimi olan komanda yanaşması bundan sonra da qorunub saxlanacaq", - deyə Rusiya XİN sözçüsü qeyd edib.
Rusiya XİN-in sözçüsü Ermənistan tərəfinin Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq zamanı atəşkəsin pozulması ilə bağlı yaydıqları məlumata da münasibət bildirib.
O deyib ki, ekspertlər baş verən hadisəni öyrənməli və öz qiymətini verməlidir.
M. Zaxarova Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə məlumatının olmadığını da söyləyib: “Bu barədə məlumat olan kimi, bildirəcəyik”.
Erməni jurnalistin Dağlıq Qarabağın danışıqlar prosesinə tərəf kimi qoşulmasının mümkünlüyü ilə bağlı sualına isə Rusiya XİN sözçüsü belə cavab verib: “Siz bizim bu məsələ barədə ənənəvi mövqeyimizi bilirsiniz. Ona görə də, sizi bundan əvvəlki şərhlərimizə istiqamətləndirə bilərəm”.

Bu xəbər oxundu
- - -