Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Putin Myanmada müsəlmanlara qarşı törədilən zorakılığı pislədi

05.09.17, 8:24
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rusiya prezidenti Vladimir Putin və Misirin dövlət başçısı Əbdül-Fəttah Əs-Sisi Myanmadakı zorakılığı pisləyiblər və ölkə hakimiyyətini vəziyyəti nəzarət altına almağa çağırıblar. Bu barədə "Qazeta.ru" Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova istinadən xəbər yayıb. Xəbərdə bildirilir ki, Çində Rusiya, Çin, Braziliya, Hindistan və CAR-ın iştirakı ilə keçirilən beynəlxalq sammitdə görüşən iki lider Myanmada baş verənlərlə bağlı ümumi mövqelərini ifadə ediblər.
Mətbuat katibi qeyd edib ki, prezident Putin və həmkarı Əs-Sisi zorakılıqlarla bağlı hədsiz narahatlıqlarını ifadə etdilər. Onlar zorakılığın istənilən təzahürünü, o cümlədən müsəlmanlara qarşı zorakılıqları pisləyiblər. Peskovun sözlərinə görə, hər iki prezident Myanma hakimiyyətini vəziyyəti mümkün qədər tez nəzarət altında almağa çağırıblar. D.Peskov onu da bildirib ki, Misir prezidenti Əbdül Fəttah Əs-Sisi Rusiya lideri Vladimir Putini Misirə dəvət edib. Səfərin vaxtı və müddəti diplomatik kanallarla razılaşdırılacaq.

Bu xəbər oxundu
- - -