Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bu il 266 hündürmərtəbəli binaya təbii qaz verilib

05.09.17, 13:00
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Azəriqaz” İB çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. “Azəriqaz”dan verilən məlumata görə, görülmüş işlərin nəticəsidir ki, cari ilin yanvar-avqust ayları ərzində birliyin operativ fəaliyyətinin nəticəsi olaraq, hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılıb və müvafiq sənədləri təqdim etmiş 266 çoxmərtəbəli binanın qazının açılması təmin olunub. Bu isə ümumilikdə, 12 323 mənzili əhatə edir. Ümumiyyətlə, İB qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında hər zaman maraqlıdır.

Bu xəbər oxundu
- - -