Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İşğalçı Ermənistan qorxusundan “qorxudur”

07.09.17, 7:57
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Qarabağda, cəbhə xəttində münaqişədə status-kvonu xeyli dəyişən son gərginliyin yaranması tərəfləri yekdilliklə problemin sülh yolu ilə həllinə çağırıb dünya aktorlarından - ABŞ, Rusiya, Qərbin diqqətini cəlb edib. Artıq işğalçı ölkə Dağlıq Qarabağ məsələsində rəsmi Bakıya məğlub olduğunu anladığından yalnız təxribat xarakterli çıxış və bəyanatlara əl atmaq məcburiyyətində qalıb. Xüsusən də Azərbaycanı qorxudur.
Bu günlərdə işğalçı rejimin sabiq baş naziri Qrant Baqratyan Polşada Azərbaycan mətbuatına açıqlamasında bildirib ki, ölkəsində nüvə silahı var və bu silah Türkiyə və Azərbaycanı zərərsizləşdirməyə hesablanıb.
Baqratyan bir qədər də irəli gedərək nüvə silahının Ermənistanda hələ sovet dönəmindən olduğunu qeyd edib. Düzdür, Baqratyan sabiq baş nazir olsa da “cəsarətli” açıqlama vermək üçün Sarkisyandan razılıq aldığı dəqiqdir.
Xatırladaq ki, bundan daha sonra isə Ermənistanın hərbi elitasının nüfuzlu nümayəndələrindən biri olan Arkadi Ter - Tadovosyan Ermənistanın dinc Azərbaycan vətəndaşlarına qarşı “çirkli bomba” tətbiq etməyə hazır olduğunu bildirib.
Ümumiyyətlə, bu Ermənistan rəsmilərinin ilk bənzər iddiaları deyil. İstər Baqramyan, istərsə də digərləri daha əvvəllərdə İrəvanın atom silahına malik olmasını qeyd etmişdi. İlk baxışda blef kimi görsənən nüvə silahı oyunu İrəvanın ənənəvi şantaj siyasətinin tərkib hissəsi ola bilər. Və ya əksinə, İrəvanda doğurdan da nüvə silahlı var? Hər bir halda beynalxalq ictimaiyətin Ermənistanın bənzər hədələrinə göz yumması təəccüb doğrur. Nüvə silahı ilə mübarizə aparan güc dövlətlərinin cılız bir Ermənistanın atom hədələrini görməzdən gəlməsi heç bir məntiqə sığmır. Bu gün də nüvə silahına malik olan ölkələrə qarşı aparılan “anti-terror” adlı əməliyyatlar, bu səpkidə bəzi hədəf alınması dünyanın gözü qarşısındadır. Belə çıxır ki Ermənistan istisnadır? Bir sözlə qonşularını nüvə ilə hədələyən Ermənistana loyal münasibətin heç bir izahı yoxdur.
Bu gün dünya dövlətləri Baqratyanın açıqlamasından dərhal sonra İrəvana ultumatum verməli, bununla da yetinməyərək Ermənistanda araşdırmalar başlanmalı idi. Lakin yenə ikili yanaşma ilə üz-üzəyik. Sanki heç nə baş vermir və İrəvanda cəmləşən cinayətkar rejim üçün yaşıl işıq yandırılıb. Bəlkə dünya birliyi Ermənistanın Azərbaycan və ya Türkiyəyə qarşı atom silahından istifadə edə biləcəyinin absurd olduğunu anladığından “səsini” çıxarmır. Axı Ermənistan istəsə belə buna gedə bilməz. İrəvanın atacağı bənzər addım bu ölkənin tamami ilə məhv olması deməkdir. Baqratyan da reallığı adı kimi yaxşı dərk etdiyindən nüvə silahı üzərindən uğursuz siyasi cəhdlər edir.
Bakı bütün hallarda işğal olunan ərazilərin itirilməsi ilə barışmayacaq. Azərbaycan toraqlarında ikinci Ermənistan dövlətinin yaradılması sadəcə mümkün deyil. Nüvə silahı belə işğalçını ikinci Dağlıq Qarabağ münaqişəsindən sığortalaya bilməz. Ümid edək ki, Baqratyanın məsuliyyətsiz açıqlamalarına sərt reaksiya gələr. Ayrıca belə bir sərsəm bəyanatın Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında keçirlməsi planlaşdırılan görüş ərəfəsinə təsadüf etməsi də maraq doğurur. Ermənistan bununla bir daha işğalçılıq siyasətindən əl çəkmədiyini nümayiş etdirməklə bərabər, bölgədə mümkün müharibənin yaxınlaşmasına rəvac verir.
Məlumdur ki, həm Ermənistanın, həm də Azərbaycanın atom enerjisi üzrə Beynəlxalq Agentliyi, Nüvə Silahlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə Təşkilatının qarşısında müəyyən öhdəlikləri vardır. Və indi münaqişə tərəflərindən biri olan Ermənistan bütün dünya ictimaiyyətinin gözü qarşısında yalnız regional təhlükəsizlik sistemində olan tərəfə deyil, həm də bütün bəşəriyyətə qarşı faktiki olaraq meydan oxuyur.
Və bu vəziyyətdə beynəlxalq ictimaiyyət tərəfindən lazımi reaksiyanın olmaması işğalçı dövlətə qarşı həqiqətən də, güzəştli münasibətə çevrilir.
Ermənistanın bütün bölgə üçün qorxulu olan Metsamor AES-in daşıdığı ekoloji təhlükədən çox yazılıb. Ekspertlər Ermənistana nüvə materiallarının qanunsuz istifadəsi və satışı zəncirinin real iştirakçısı kimi baxırlar.
Bəzi məlumatlara görə, Ermənistanda nüvə materiallarının istehsalı yarana bilər ki, bu da qaçaqmalçılıq hallarının sayının artmasına səbəb olmasına və dünya təhlükəsizliyi ilə yanaşı bir çox təhlükəyə gətirib çıxarır.
Məsələn, "Ukraynada Siyasi xəbərlər" adlı nəşrin veynəlxalq icmalçısı İqor Şevırevin sözlərinə görə Metsamor AES yalnız çirkli bomba yaratmaq üçün lazım olan radiasiya tullantılarının mənbəyi deyil, eyni zamanda nüvə sınaqlarının keçirilməsi üzrə gizli laboratoriyadır.
İcmalçı xəbərdarlıq edir ki, Qarabağı saxlamaq mümkün olmadığından Ermənistan təkbaşına Azərbaycana qarşı yönəlmiş nüvə təxribatına əl ata bilər.
Bununla yanaşı, o hesab edir ki, Metsamor AES-in təhlükəsi tamamilə realdır, çünki ermənilər gec-tez Azərbaycanın işğal olunmuş torpaqlarını geri qaytarmaq məcburiyyətində qalacağı düşüncəsi ilə Dağlıq Qarabağın ərazisində radioaktiv yoluxma keçirə bilərlər.
Öz növbəsində rusiyalı ekspert Vitali Juravlyov seysmik təhlükəli zonalarda atom elektrik stansiyalarının olması səbəbi ilə ekoloqların narahatlığını tamamilə əsaslı hesab edir.
"Metsamor AES Ermənistanın elektrik enerjisinin cəmi üçdə birini istehsal edir və onun dayandırılması yalnız yeni AES tikiləcəyi halda həyata ola bilər, bunun üçün də İrəvanın əlində olmayan böyük investisiyalar lazımdır. Çirkli bombalara gəlincə, bəlkə də onlar qaçaq nüvə materiallarından İŞİD terorçuları tərəfindən Avropa dövlətləri, Rusiya və İsrail əleyhinə istifadə edilməsi məqsədi ilə istehsal oluna bilər, belə ki, bu mövzu reallığı əks etdirə bilər.
Məlumdur ki, potensial terrorçular əllərində mövcud olacaq hər cür asimmetrik silahdan istifadə edə bilər.
Ermənistan hərbi məqsədlərlə nüvə silahının yayılmaması haqqında (NSYM) müqaviləni imzalamış BMT-nin üzvüdür.
Bugünki, Ermənistanın Azərbaycana qarşı hərbi əməliyyatlarda tətbiq etməsi məqsədilə radioaktiv silah hazırladığı ehtimalının olmasına vəziyyətindəı, dünya birliyi, ilk növbədə MAQATE, bu məsələyə bütün ciddiliyi ilə yanaşmalıdır.
Əgər MAQATE radioaktiv elementlərin Ermənistanda aidiyyəti üzrə istifadə olunmadığını aşkar edərsə, həmçinin onların qaçaqmalçılığının mümkün olması təsdiq edilərsə, bu məsələ mütləq BMT-də müzakirə olunmalıdır.
Vaxtilə, beynəlxalq ictimaiyyət bioloji silahların hazırlanmasında təqsirli bilinən İraqa (Səddam Hüseyn dövründə) qarşı çox sərt tədbirlər həyata keçirdi. Eyni zamanda İranın hərbi məqsədlərlə nüvə hazırlanmasında şübhələr səbəbindən barəsində beynəlxalq sanksiyalar tətbiq edilmişdir. Halbuki, bu ölkələrdən heç biri hərbi – siyasi qarşıdırmada olduğu digər ölkəyə qarşı radioaktiv silahdan istifadəyə hazır olduğunu elan etməmişdir.
Lakin indi də, Ermənistanın radioaktiv silah ilə Azərbaycanı açıq şəkildə hədələdiyi bir vaxtda Bakının əlində əsas var ki, onun barəsində beynəlxalq təşkilatlara müraciət edərək, nüvə terrorizminin qarşısının alınmasına yönəldilmiş müvafiq tədbirlərin görülməsini tələb etsin.
Ekspert Elşən Həsənovun sözlərinə görə, bu gün Cənubi Qafqazda bir sıra münaqişə ocaqları mövcuddur ki, hələ də həlledilməmiş və yaxud dondurulmuş olaraq qalır:”Bu regionda sülhə və əmin-amanlığa ciddi əngəl törədən ən başlıca faktor isə Ermənistan dövlətinin yeritdiyi işğalçılıq və terrorizmə dəstək siyasətidir. Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş və hələ də BMT-nin qətnamələrinə baxmayaraq, azərbaycanlıların pozulan haqqlarını geri qaytarmaqdan imtina edən bu dövlət dünyanı təhdid edən təhlükələrin platforması kimi çıxış edir. Bu gün Ermənistan ASALA və PKK terror təşkilatlarını himayə edən qüvvələr siyahısında ilk yerlərdən birini tutur. İşğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarda terrorçuların düşərgələri mövcuddur və onlar bu ərazilərdə daim təlim keçirlər. Bu, azmış kimi, Ermənistan həm də işğal edilmiş torpaqlarımızda narkotika plantasiyalarının əkilməsini və daşınmasını təşkil edir. Bu barədə Serj Sarkisyanın və əlaltılarının şəxsən həmin prosesdə iştirakı, külli miqdarda qazanc götürmələri ilə bağlı kifayət qədər məlumat verilmişdir. Lakin Ermənistan dövlətinin dünyanı və regionu təhdid edən hərəkətləri bununla bitmir. Ümumbəşəri problem olan və insanlıq üçün ən böyük təhlükə sayılan nüvə terrorçuları ilə iş birliyində də onlar kifayət qədər fəaldırlar. Beynəlxalq təşkilatlar Ermənistanın nüvə siyasətinə qarşı ölçü götürməlidirlər. Azərbaycanın sülhə verdiyi dəstək hər kəsə örnək olmalıdır. Bu, həm də dünyada təhlükəsizliyə töhfədir. Ermənistan isə bu istiqamətdə heç bir addım atmır. Stansiyanın köhnəlmiş blokları yenilənmir. Digər tərəfdən isə Ermənistan Azərbaycanı nüvə silahı ilə təhdid edir. Bu da onun qorxaqlığının göstəricisidir. Azərbaycan ordusunun inkişafı, formalaşması, güclənməsi, müharibə başlayarsa tez bir zamanda işğal edilən torpaqlarımızın geri alına biləcəyi qorxusu Sarkisyan hakimiyyətinin “nüvə hədəsi”nə əl atması ilə nəticələnir”.

Cavid

Bu xəbər oxundu
- - -