Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ermənistan Gürcüstandakı hərbi təlimlərə niyə getmədi?

07.09.17, 10:43
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ermənistan ilk əvvəl razılıq verməsinə baxmayaraq, Gürcüstanın cənubunda keçiriləcək Agile Spirit-2017 hərbi təlimlərində iştirakdan imtina edib. Tədbirə 7 ölkədən - Gürcüstan, ABŞ, Ukrayna, Bolqarıstan, Rumıniya, Latviya və Azərbaycandan cəmi 1515 hərbçi cəlb edilib. Gürcüstan Silahlı Qüvvələri və ABŞ-ın dəniz qoşunları tərəfindən təşkil edilən təlimlər artıq yeddinci dəfədir keçirilir. Təlimlər sentyabrın 11-nə qədər davam edəcək. Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, təlimdə məqsəd NATO-nun birgə əməliyyatlarına qüvvələri hazırlamaq, böhran vəziyyətində hərəkət planının hazırlanması, həmçinin ABŞ-la tərəfdaşları arasında qarşılıqlı münasibətlərin yaxşılaşdırılmasıdır.
İlk əvvəl Ermənistanın bu təlimlərdə cəmi 3 hərbçi ilə iştirak edəcəyi gözlənilirdi. Lakin kiçik kontingentə baxmayaraq, Rusiyanın müttəfiqi və Kollektiv Təhlükəsizlik Razılaşması Təşkilatının (SCTO) üzvü olan ölkənin iştirakı simvolik xarakter daşıyardı. Amma ötən həftənin bazar günü Gürcüstanın cənubunda yerləşən Orfolo poliqonunda keçirilən təlimlərin açılış mərasiminə Ermənistan gəlmədi. Əksər kütləvi informasiya vasitələri Ermənistan rəhbərliyinin bu qərarının arxasında nəyin dayandığını, rəsmi Moskvanın Ermənistana təsir göstərib-göstərmədiyini müəyyən etməyə çalışdı.
BBC yazır ki, Ermənistanın Müdafiə Nazirliyi ilk əvvəl qərara münasibət bildirməkdən imtina edib. Daha sonra müdafiə nazirinin müavini Artak Zakaryan jurnalistləri bu qərarın arxasında hansısa siyasi motivlərin və müdaxilələrin olmadığına əmin edib. Bundan başqa onun sözlərinə görə, Ermənistan rəsmən heç vaxt bu təlimlərdə iştirak edəcəyini bəyan etməyib. "Rəsmən bu təlimlərdə iştirak edəcəyimiz elan edilməyib. Ona görə də bizim iştirak etməməyimizdən danışmaq yersizdir. İstənilən planlarda dəyişiklik mümkündür. Bunda qeyri-adi nəsə axtarmaq lazım deyil. Bu, silahlı qüvvələrin gündəlik fəaliyyətidir və planlarda müəyyən dəyişikliklər mümkündür",- deyə Azadlıq radiosunun Ermənistan xidməti müdafiə nazirinin müavinin fikirlərini yayınlayıb.
Ermənistan Müdafiə Nazirliyi tərəfindən yayılan bəyanatda, Gürcüstandakı təlimlərdə iştirak etmək üçün müraciət edilmədiyi, son anda Ermənistanın imtina etməsi barədə KİV-lərdə spekulyasiyasının yersiz olduğu qeyd olunub. "Ermənistan Respublikası Silahlı Qüvvələrinin təlimlərdə iştirakına müdafiə rəhbərliyinin beynəlxalq münasibətlər çərçivəsindəki ehtiyaclar planına əsasən qərar verilir. Bu faktı nəzərə alsaq, Gürcüstanda keçirilən bu təlimlər Ermənistan Silahlı Qüvvələri üçün prioritet əhəmiyyət daşımır. İlk əvvəldə təlimdə iştirak etməmək barədə qərar qəbul edilmişdi və iştirak üçün müraciət olunmamışdı ", - deyə Ermənistan Müdafiə Nazirliyinin bəyanatında bildirlir.
Lakin Gürcüstan Müdafiə Nazirliyi iştirak üçün müraciət edildiyini və Ermənistanın bu təlimlərdə 3 hərbçi ilə iştırakının nəzərdə tutulduğunu iddia edir. Nəqliyyat xərcləri, yerləşdirmə və erməni hərbçilərinin qidalanması məsələlərini Ermənistan tərəfi öz üzərinə götürüb. Bu barədə Gürcüstan Müdafiə Nazirliyinin ictimai və strateji əlaqələr departamentinin rəhbəri Nino Tolordava BBC-yə açıqlamasında bildirib. Onun sözlərinə görə, Gürcüstan tərəfinə Yerevanın təlimlərdə iştirak etməyəcəyi barədə məlumat təlimlərə bir gün qalmış Ermənistan hərbi attaşesi tərəfindən verilib.
"Aydındır ki, geosiyasi amil, xüsusilə Rusiya-Qərb münasibətləri buna təsir göstərir və Ermənistan rəhbərliyi Gürcüstan ərazisində və ya NATO tərəfdaşları ölkələrində keçirilən hansısa tədbirdə iştirakı qəbul edib-etmədiyi zaman bu amili nəzərə alır ",- deyə Yerevandakı Qafqaz İnstitutunun direktor müavini, siyasi elmlər doktoru Serqey Minasyan bildirib. "Ermənistanın strateji vəzifəsi əlbəttə ki, NATO ilə münasibətləri inkişaf etdirməkdir. Lakin eyni zamanda Rusiya amilini nəzərə almamaq mümkün deyil." Ekspert həmçinin Ermənistanın təlimlərdən imtina etməsinin Azərbaycan hərbçilərinin iştirakı ilə əlaqəlı olmasına da şübhə ilə yanaşdığını söyləyib.
Leicester Universitetinin nəzdindəki kəşfiyyat, təhlükəsizlik və strateji araşdırmalar departamentinin elmi əməkdaşı Eduard Abramyanın sözlərinə görə, böyük ehtimalla Ermənistana bu qərar mənfi fonun arxasında diktə edilib. Ekpertlərin fikrincə, burda rəsmi Moskvanın birbaşa təzyiqi olmayıb. "Rusiya Ermənistanın və hətta Azərbaycanın NATO-nun rəhbərliyi altında keçirilən hansısa hərbi-siyası tədbirində iştirakına qısqanclıqla yanaşır və bu da Rusiyanın bu dövlətlərə təzyiq göstərməsi üçün siyasi alət ola bilər. Yəqin ki, erməni tərəfi bu məntiqə əsaslanıb, daha doğrusu Ermənistan təlimlərdə iştirakının Yerevan üçün əlavə baş ağrısı olacağını və Rusiya üçün əlavə təzyiq imkanı verəcəyini düşünərək imtina edib ",- deyə ekspert vurğulayıb.
Abramyanın fikrincə, Ermənistan tərəfinin imtina qərarına əvvəlki təlimlərdə iştirak edən Yerevanın hazırkı təlimlərin formatının fərqlənməsi də səbəb ola bilər. "Hazırkı təlimlərin formatı və ssenarisi hərbi-tibbi və humanitar komponentlər də daxil olmaqla daha geniş sahəni əhatə edən "Layiqli tərəfdaş" təlimlərindən fərqli olaraq əsasən hərbi məsələləri nəzərdə tutur. Bu kontekstdə Rusiyanın mümkün mənfi reaksiyasını yüngülləşdirmək üçün Ermənistan tərəfi "Layiqli tərəfdaş" təlimində humanitar dəstək çərçivəsində, silahsız, qospital sahəsindəki 40 hərbçi ilə kiçik kontingentlə təmsil olunmuşdu. Rumıniyadakı təlimlər və "Layiqli tərəfdaş" təlimində iştirakdan sonra görünür Ermənistan tərəfi Rusiya ilə münasibətləri gərginləşdirməmək qərarına gəlib ".
Yerevandakı rəsmilər iddia edirlər ki, təlimlərdən imtina ölkənin nüfuzuna təsir göstərmir. Lakin Abramyanın fikrincə, keçmişdə buna bənzər qərarların fonunda təlimlərdən imtina Ermənistanın onsuz da asan olmayan xarici siyasətində öz izini qoyacaq. "Bu, 2009-cu ildə baş verən buna bənzər hadisəni nəzərə alsaq bir daha Qərbin Ermənistanın xarici və hərbi siyasətdə qeyri-müəyyən və gözlənilməz olması barədə fikrilərini daha gücləndirəcək",- deyə ekspert BBC-yə bildirib.
"2009-cu ildə Ermənistan Dünya Tərəfdaşları çərçivəsində keçirilən təlimlərə bir gün qalmış orda iştirak etməkdən imtina etmişdi. Bundan başqa, 2013-cü ilin də acı təcrübəsi var. O zaman Ermənistan Avropa ittifaqı (Aİ) ilə 4 il davam edən danışıqlardan sonra Aİ assosasiyası barədə artıq hazırlanmış razılaşmanı Gömrük və ya Avrasiya İqtisadi ittifaqına daxil olması xeyrinə imzalamaqdan qəfildən imtina etdi. O zaman Rusiya tərəfinə bu kəskin dönüş Ermənistan ictimaiyyətində "bir gecənin qərarı" kimi səciyyələndirilmişdi ",- o, əlavə edib. Onun sözlərinə görə, Rusiya-Qərb qarşıdurmasının fonunda Ermənistana hərbi-siyası sahədə öz münasibətlərini dəyişdirmək kifayət qədər çətin olacaq. "Ermənistanın öz vəziyyətini daha da ağırlaşdıracağı və NATO-nun tərəfdaşı kimi alyansın regional təhlükəsizliyin gücləndirilməsi istiqamətindəki tədbirlərdə iştirak etməkdən imtina edəcəyi təqdirdə Qərbdən daha da təcrid olunmaq təhlükəsi var".
"NATO - ilk növbədə bizim regionda stabilləşdirici, təhlükəsizliyi gücləndirən amildir. Rusiya ilə ABŞ arasında qarşıdurmanın artması fonunda Rusiyanın başlıca müttəfiqi və onun Cənubi Qafqazdakı əsas hərbi-siyası dayağı olan Ermənistanın son nəticədə NATO-nun nominal əməkdaşlığından qeyri-rəsmi təsnif edilməsi təhlükəsi var ", - deyə o bildirib.

Bu xəbər oxundu
- - -